azia.az
azia.az

BU ORDUNUN polkovnik DÖVLƏT SİRRİNİ YAYDIĞINA GÖRƏ həbs olundu

Bu gün, 17:04

Ermənistanın bir sıra kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin komandiri, polkovnik Edik Maloyanın evində axtarış aparıblar. Səhər saatlarında reallaşan əməliyyatdan sonra yüksəkrütbəli zabit saxlanılıb.

Azia.az KONKRET.az-a istinadən xəbər verir ki, polkovnik Edik Maloyan və həmin hərbi hissədə məxfiliyin qorunması rejiminə cavabdeh olan zabit R.C. dövlət sirrini yaymaqda və buna təhrikçilik etməkdə şübhəli bilinərək həbs ediliblər. Ermənistan İstintaq Komitəsinin Baş İdarəsi tərəfindən aparılan cinayət işi çərçivəsində məhkəməyə müraciət olunub. İstintaq orqanı hər iki hərbçi barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət qaldırıb.

Rəsmiyyə Şərifova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi