azia.az
azia.az

“Quraqlığa davamlı əkinçilik və su resurslarından səmərəli istifadə üzrə maarifləndirmə” layihəsi çərçivəsində növbəti təlim keçirilib

Bu gün, 13:39

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək” (İİALD) İctimai Birliyi tərəfindən həyata keçirilən “Quraqlığa davamlı əkinçilik və su resurslarından səmərəli istifadə üzrə maarifləndirmə” layihəsi çərçivəsində İmişli rayonunun Cavadxanlı kəndində növbəti maarifləndirmə təlimi keçirilib.

Xəbər verilir ki, layihə çərçivəsində kənddə ilk təlim 10 iyun 2026-cı il tarixində “Quraqlığa davamlı əkinçilik və suya qənaətli suvarma üsulları” mövzusunda təşkil olunmuşdu. Layihənin davamı olaraq 19 iyun 2026-cı il tarixində isə ikinci təlim “Torpaq münbitliyinin qorunması və iqlim risklərinin idarə edilməsi” mövzusuna həsr olunub.

Təlimdə fermerlər və kənd sakinlərinə torpaq münbitliyinin qorunması, torpaq deqradasiyasının və eroziyanın qarşısının alınması, əkin dövriyyəsinin düzgün təşkili, su resurslarından səmərəli istifadə, eləcə də iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirinin azaldılması istiqamətində müasir yanaşmalar barədə ətraflı məlumat verilib.

Tədbir interaktiv formatda keçirilib. İştirakçılar mövzu ilə bağlı onları maraqlandıran sualları ünvanlayıb, fikir mübadiləsi aparıb və öz təsərrüfatlarında tətbiq edə biləcəkləri praktik tövsiyələr əldə ediblər. Təlim kənd sakinləri tərəfindən böyük maraqla qarşılanıb və layihənin kənd icmalarının bilik və bacarıqlarının artırılmasına mühüm töhfə verilməsinə hədəflənir.

"Cebheinfo.az"



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi