azia.az
azia.az

Ukrayna Avropanın “qara kassasına” çevrilir...

Bu gün, 15:31

 Mətləb Salahov: “Bu qədim slavyan ölkəsi silah ticarəti və çirkli pulların “yuyulması” üçün istifadə olunur”

“Hazırda Ukrayna ətrafında baş verənlər çox məyusedicidir. Ötən il hakimiyyətə gələn kimi Ukraynada sülh yaradacağını elan edən Donald Tramp və onun komandası da hazırda bu məsələdən çox uzaqdırlar. Əlbəttdə, Ağ Ev rəhbərinin ticarət maraqları və şəxsi hegemoniyası üçün yaradılan İran müharibəsi Ukraynanı ikinci plana salıb. Amma iş orasındadır ki, D.Tramp Administrasiyası İranda ikinci “Əfqanıstan batağlığına” düşüb və indi bu vəziyyətdən az itki və nüfuzunu zədələmədən çıxmağa çalışır, o da alınmır. Açıq görünür ki, Vladimir Putin Ukrayna “batağlığına” düşdüyü kimi, sərvət düşkünü kimi tanınan milyarder D.Tramp da hazırda İran “batağlığında” çapalayır. Bu vəziyyət isə Ukrayna ərazisinin sülh əvəzinə silah ticarəti və çirkli pulların “yuyulması” üçün istifadə imkanlarını genişləndirir”.
 Bu fikirləri KİV-ə açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, Ukrayna münaqişəsi başlanan gündən irili-xırdalı ölkələrin guya Ukraynaya “yardım” adı ilə milyardlarla dollar ayırmaları barədə bəyanatları xarabalığa qalmış bu slavyan ölkəsinin üzərindən silah ticarəti və çirkli pulların “yuyulması” üçün istifadə olunacağına dair açıq mesaj idi.
 “Çünki yerlə yeksan edilmiş Ukraynaya milyardlarla dollar vəsaitin ayrılması olduqca şübhəli və məntiqsiz görünürdü. Rəsmi şəkildə bəyan edilən, amma həqiqətdə isə bir qara qəpiyinin belə Ukraynaya daxil olmadığı bu vəsaitlər müharibə mənasında onlarla ölkənin hərbu büdcəsinə belə yetərli idi. Balaca Ukrayna üçün trilyon dollarlar fantastik rəqəmdir. Əlbəttdə, aydın idi ki, bu pullar Ukrayna adı ilə və silah ticarəti üçün “yuyulan” çirkli pullar idi. D.Trampın ikinci dəfə hakimiyyətə gələn kimi Avropa liderlərini küncə sıxması və “yuyulan” pullarla bağlı qalmaqal salması qətiyyən ədalətli araşdırma üçün deyildi. Co Bayden kimi yeni ABŞ rəhbəri də bu “qara kassadan” daha çox faydalanmağa girişmişdi. C.Baydenin oğlu kimi D.Trampın oğlu da silah ticarəti ilə məşğuldur. Elə Avropa liderləri də.
 Baxın, niyə Avropa İttifaqı rəhbərləri Ukraynada sülhə nail olmaq əvəzinə guya Ukraynanın “gücləndirilməsi” üçün hər ay milyard dollarlar ayırdıqlarını elan edirlər? 

Azia.az

Hardadır o “ayrılan” milyardlar ki, Ukraynada bir dənə də olsun salamat infrastruktur yaradılmayıb? Məqsəd bəllidir. Ukraynada daha çox müharibə və daha çox çirkli pul “yumaq” imkanı. Bu işdə V.Putinin qazancı nədir? – artıq o başqa məsələdir...”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi