Ali məktəblərdə struktur islahatı aparılır - NAZİRLİK
"Ali təhsil müəssisələri muxtariyyətə malik olduğundan orada struktrur islahatlarının aparılması onların öz səlahiyyətlərinə aiddir". Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib.
O da bildirilib ki, ali təhsil müəssisələrinin dünya təhsil sisteminə inteqrasiyasını və təhsilin keyfiyyətinin yüksəldilməsini təmin etmək məqsədilə ali təhsil müəssisələrində struktur islahatları daima aparılıb və hazırda da bu istiqamətdə işlər aparılmaqdadır.
Qeyd edək ki, Bakı Slavyan Universitetində 7 kafedra, 5 şöbə, 2 elmi-tədqiqat laboratoriya, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə bir neçə kafedra birləşdirilib.