azia.az
azia.az

Qazaxıstanda növbədənkənar parlament seçkiləri KEÇİRİLƏCƏK

Bu gün, 15:46

Qazaxıstanda növbədənkənar parlament seçkiləri təyin edilib.

Redaktor.az xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin imzaladığı fərmana əsasən, ölkədə növbədənkənar parlament seçkiləri avqustun 23-də keçiriləcək.

Məlumata görə, seçkilərdə ölkənin hazırkı ikipalatalı parlamentini əvəz edəcək yeni birpalatalı qanunverici orqanın tərkibi formalaşdırılacaq. Bu addım konstitusiya islahatları çərçivəsində həyata keçirilir.

Bildirilir ki, seçkilərdə may ayında yaradılan və iyun ayında hakim “Amanat” partiyası ilə birləşəcəyini açıqlayan “Adilet” partiyası da iştirak edəcək. Partiyaya Prezident Tokayevin yaxın müttəfiqlərinin rəhbərlik etdiyi qeyd olunur.

Məlumata görə, Kasım-Jomart Tokayev 2019-cu ildə prezident seçildikdən sonra ölkədə genişmiqyaslı siyasi islahatlara başlayıb. O, 2022-ci ildə baş verən iğtişaşlardan sonra sələfi Nursultan Nazarbayevdən siyasi baxımdan uzaqlaşıb və həmin hadisələri dövlət çevrilişi cəhdi kimi qiymətləndirib.

Qeyd edək ki, yeni konstitusiya dəyişiklikləri çərçivəsində Qazaxıstanda vitse-prezident vəzifəsinin yaradılması və seçkilərdən sonra bu posta təyinatın həyata keçirilməsi də nəzərdə tutulur.

Aminə ŞAHSUVARQIZI


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi