azia.az
azia.az

Kürdlər SİLAHLILARI İrana daxil oldular: Şiddətli döyüşlər başladı...

Bu gün, 09:35

İranın şimal-qərbində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən həyata keçirilən əməliyyat zamanı ölkə ərazisinə daxil olaraq diversiya-təxribat törətməyə cəhd göstərdiyi bildirilən silahlı qrup zərərsizləşdirilib.

Bizim.Media "Mehr" agentliyinə istinadla xəbər verir ki, bu barədə SEPAH-ın "Həmzə Seyid əş-Şühəda" qərargahının bəyanatında bildirilib.

Məlumata görə, sözügedən qrup İran Kürdüstanı Demokrat Partiyası ilə əlaqəlidir.

Məlumata əsasən, silahlı dəstə kəşfiyyat tədbirləri nəticəsində əvvəlcədən müəyyən edilib və daha sonra İran qüvvələrinin qurduğu pusquya düşüb. Əməliyyat Piranşəhr şəhəri yaxınlığındakı dağlıq ərazidə, atəş dəstəyi ilə həyata keçirilib.

SEPAH-ın açıqlamasına görə, beş nəfərdən ibarət qrupun bütün üzvləri öldürülüb. Əməliyyat zamanı onlara məxsus silah, sursat və digər avadanlıqlar da müsadirə olunub.

SEPAH bəyan edib ki, İranın şimal-qərb sərhədlərində təhlükəsizliyi pozmağa yönələn istənilən cəhd bundan sonra da qətiyyətlə qarşısı alınacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi