azia.az
azia.az

8 nəfər imtahandan qovulub - DİM

3-04-2022, 17:05

8 nəfər imtahandan qovulub - DİM
Bu gün keçirilən imtahanla bağlı operativ qərargaha daxil olan ilkin məlumatlara əsasən, 8 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, onlardan 3 nəfər kənardan kömək almaq məqsədilə sual kitabçasının şəklini çəkib öz yaxınlarına göndərib. İmtahanın gedişi zamanı bu hal nəzarətçilər tərəfindən aşkar olunub. Bundan əlavə, 1 nəfərin başqasının yerinə imtahana girmək cəhdi də müəyyən olunub və qarşısı alınıb.
Qeyd olunan bütün qayda pozuntuları protokollaşdırılıb və hazırda araşdırma aparılır. Bakupost.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi