azia.az
azia.az

Naxçıvanda məktəblilər niyə narazıdır? - GİLEY

5-01-2022, 09:52

 Naxçıvanda məktəblilər niyə narazıdır? - GİLEY
Naxçıvandakı məktəblərə istilik verilməsi bir neçə gündür ki, tam dayandırılıb.
DİA.AZ xəbər verir ki, bu haqda "Gündəlik Naxçıvan"a muxtar respublika ümumtəhsil və uşaq musiqi məktəblərində çalışan bir qrup müəllim məlumat verib. Onlar deyir ki, bununla bağlı rəsmi izahat verilmir. Ancaq qeyri-rəsmi məlumatlar görə səbəb, məktəbləri təmin edən istixanalara qaz verilməsinin məhdudlaşdırılmasıdır. Naxçıvan şəhər orta məktəblərinin birində çalışan, təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən müəllimlərdən biri deyir ki, istilik olmadığından, normal dərs keçə bilmirlər:
"Təxminən bir ay öncə məktəblərdə istilik tam dayandırıldı. Dedilər ki, İran qazı kəsib, ona görə. Bir müddət sonra istilik qismən bərpa olundu. Fasilələrlə olsa da qızdırıcılar işləyirdi. Bir həftədən çoxdur ki, yenə tam bağlayıblar. Soyuqdan sinifdə oturmaq olmur. Ötən il bu vaxt istilik var idi, sinifdə köynəklə otururduq. İndi uşaqlı, müəlimli gödəkcə əynimizdə titrəyirik. Belə normal dərs də keçmək olmur. Nə vaxt düzələcəyi ilə bağlı da bir söz demirlər".
İki uşağı orta məktəb şagirdi olan Naxçıvan şəhər sakini Fərahim Abbasov deyir ki, problemlə bağlı aidiyyəti qurumlara şikayət etsələr də, nəticəsi olmayıb:
" Uşaqları məktəbə buraxmırsan, təhsildən qalır. Buraxanda da gedib xəstələnib qayıdırlar üstümüzə. Evdə qalıb sağaldıqdan sonra bir də məktəbə gedib, yenə xəstələnirlər. Naxçıvan MR Təhsil Nazirliyinə bununla bağlı bir qrup valideyn şikayət edib. Elə deyirlər ki, səbrli olun, düzələcək. Nə vaxt düzələcək? Qarşıdan Naxçıvanın sərt qışı gəlir. Daha da şaxtalı olacaq hava. Uşaqların taleyi necə olacaq, bilmirik".
Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Təhsil nazirinin müavini Ovni Muradov mövzu ilə bağlı sualı eşitdikdən sonra telefon əlaqəsini kəsdi. Sonrakı zənglərimiz isə cavabsız qaldı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi