azia.az
azia.az

Kəskin hava şəraiti ilə bağlı qış rejiminə keçildi - RƏSMİ QƏRAR

24-04-2017, 17:16

Kəskin hava şəraiti ilə bağlı qış rejiminə keçildi - RƏSMİ QƏRAR

Şəhər sakinlərinə xəbərdarlıq edilib

Moldovanın paytaxtı Kişinyovun sakinlərinə mərkəzləşdirilmiş istilik sisteminin qış rejiminə qoşulması barədə xəbərdarlıq edilib. Pis hava şərtləri və temperaturun ciddi surətdə aşağı düşməsi ilə əlaqədar olaraq Kişinyov bələdiyyəsi mərkəzi istlik sistemini yenidən qoşmağa başlayıb.

İstiPress-in Sputnik Moldova-ya istinadən xəbərinə görə, bu barədə paytaxtın baş istilik təchizatçısı olan "Termoelectrica" səhmdar cəmyyətindən məlumat verilib. Qurumun mətbuat xidmətindən bildiriblər ki, hazırda şəhərdəki 100-dən çox yaşayış binasına, 83 uşaq bağçasına, 8 xəstəxanaya və 6 tibb məntəqəsinə, 9 iqtisadi quruma, 4 özəl binaya istilik verilib. "Termoelectrica" SC bir daha dəqiqləşdirir ki, istilik enerjisini yaşayış binaları ilə yanaşı özəl binalara, iqtisadi agentliklərə və büdcə təşkilatlarına — uşaq bağçalarına, xəstəxanalara və təhsil müəssisələrinə verməyə hazırdır" — deyə qurumdan bildiriblər. "Termoelectrica" mobil mütəxəssis qrupları istilik sistemlərini qoşmaq məqsədlə şəhərdə fəaliyyətə başlayıblar. "İstilik sisteminə qoşulmaq istəyən hər kəs evlərin administratorlarına müraciət edə bilər" — deyə istilik enerjisi ötürücüsünün rəhbəri Vyaçeslav Yeni bildirib.

Xatırladaq ki, yaz rejiminə keçidlə əlaqədar olaraq Moldovada aprelin 15-dən istilik təchizatı dayandırılmışdı. Amma sərt qışın qayıdışı hökuməti zəruri tədbirlər görməyə, istilik nəqlini bərpa etməyə məcbur edib. Azərbaycanda da havaların soyuması evlərdə qızdırıcıların işə salınmasına rəvac verib. Əməkdaşlarımızın müraciət etdiyi şəhər və rayon sakinlərinin əksəriyyəti havanın soyuması ilə əlaqədar olaraq evdə qaz və elekrtik sobalarından, kondisionerlərin qızdırıcı funksiyasından istifadə etdiklərini bildiriblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi