azia.az
azia.az

Distant təhsilin imtahanı niyə əyanidir? - AÇIQLAMA

16-12-2021, 17:17

Distant təhsilin imtahanı niyə əyanidir? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, təhsil naziri Emin Əmrullayev ali və orta ixtisas təhsili müəssisələrində payız semestrinin imtahan sessiyasını 2022-ci ilin yanvarın 3-dən etibarən əyani formada təşkil edilməsi ilə bağlı əmr imzalayıb. Qeyd edək ki, bu ilin sentyabr ayından etibarən ölkənin ali məktəblərində tədris ənənəvi qaydaya keçib. Lakin universitetlərdə əyani tədris prosesi bərpa olunsa da, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) magistr pilləsində təhsil alan tələbələr dərsə distant qaydada davam etdilər. Burada maraqlı nüans ortalığa çıxır ki, distant dərs keçilibsə, imtahan nə üçün əyani formada olmalıdır? Bununla bağlı tələbələrə güzəşt olunacaqmı?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Şahanə Müşfiq bildirdi ki, qarşıdakı imtahanların əyani formada planlanması universitetin qərarı deyil və güzəştlərlə bağlı məsələyə tələbələrin müraciətləri əsasında baxılacaq:

“Ali təhsil müəssisələrində, eləcə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində həm dərslər, həm də imtahanlar Təhsil Nazirliyinin tapşırığı əsasında təşkil edilir. Sentyabr ayından verilən göstərişə əsasən universitetimizdə mühazirələr onlayn rejimdə, seminar dərsləri isə əyani qaydada keçirilir. Təhsil Nazirliyindən bizə daxil olan tapşırıq belədir ki, bütün imtahanların əyani formada keçirililməlidir. Əgər tələbələrimizin bununla bağlı şikayəti, narazılığı yaxud güzəştlərlə bağlı müraciəti varsa rektorumuz Ceyran Mahmudova gələn həftənin cümə axşamı saat 14:00-da onları qəbul etməyə, dinləməyə və bütün sualları cavablandırmağa hazırdır.”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi