azia.az
azia.az

Distant təhsilin təşkili qaydalarını Təhsil Nazirliyi hazırlayacaq

31-12-2016, 11:04

Distant təhsilin təşkili qaydalarını Təhsil Nazirliyi hazırlayacaq
Evdə təhsil alan uşaqların ümumi təhsilinin distant formada təşkili qaydaları Təhsil Nazirliyi tərəfindən müəyyən ediləcək

Bu, Nazirlər Kabinetinin “Formal təhsilin təşkili Qaydaları”nda dəyişiklik edilməsi haqqında” qərarında əksini tapıb.

Qeyd edək ki, distant təhsil tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu formasıdır. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir.

Xatırladaq ki, Nazirlər Kabineti 6 avqust 2010-cu il tarixində “Formal təhsilin təşkili Qaydaları”nı təsdiq edib. Qaydalara əsasən evdə təhsil, fərdi təhsil və sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsili yalnız əyani formada təşkil oluna bilərdi. Nazirlər Kabinetinin 20 iyun 2012-ci il tarixli qərarı ilə Qaydalara dəyişiklik edilib. Beləliklə, evdə təhsil, fərdi təhsil və sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsilinin formaları sırasına distant forma da daxil edilib. (apa)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi