azia.az
azia.az

Zahid Orucun Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev uşaq kimi danladı

7-11-2021, 10:29

Zahid Orucun Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev uşaq kimi danladı
Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Orucla Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev arasında insident olub. Hadisə Türkiyənin Cümhuriyyət Günü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyində keçirilən bayram tədbirində baş verib.
Məlumata görə, “Yeni Sabah”a məlumat verən tədbir iştirakçılarından biri bildirib ki, Zahid Oruc rektoru deputatlara etinasız yanaşmaqda, onların zənglərinə cavab verməməkdə günahlandırıb.
Amma Elçin Babayev bu iradla razılaşmayıb. O, Zahid Oruc zəng edəndə dərsdə olduğunu bildirib.
Rektorun bu açıqlaması Zahid Orucu hövsələdən çıxarıb. Deputat bu dəfə yüksək səs tonu ilə Elçin Babayevi yalan danışmaqda ittiham edib. Deyib ki, ona təkcə mobil telefonla deyil, dövlət telefonu ilə də dəfələrlə zəng edib. Amma Elçin Babayev bu zənglərin heç birinə cavab verməyib.
Hadisənin bir neçə deputatın gözünün qabağında baş verməsi rektoru narahat edib. O, Zahid Orucun qoluna girərək müzakirəni kənarda davam etdirməyi xahiş edib. Cütlük deputatlardan 20 metr kənarda söhbət etsələr də, yüksək səs tonu ilə danışdıqları üçün onların səsi kənardan aydın eşidilib.
Siyasi çevrələrdə mülayim adam kimi xarakterizə edilən Zahid Orucun ölkənin ən qədim universitetinə rəhbərlik edən şəxsi uşaq kimi danlaması ətrafdakıların təəccübünə səbəb olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi