azia.az
azia.az

İntim görüntüləri yayılan “müəllimə” ilə bağlı nazirlik hərəkətə keçdi – RƏSMİ

1-11-2021, 21:32


Ötən yazılarımızda “Yevlax Təhsilini əxlaqsızlıq yuvasına çevirənlər və onlara himayədarlıq edənlər kimlərdir? başlığı ilə yazı dərc etmişdik.
İntim görüntüləri yayılan “müəllimə” ilə bağlı nazirlik hərəkətə keçdi – RƏSMİ
Yazı dərc edildikdən sonra rayon Təhsil Şöbəsi əl-ayağa düşməyə və yazını saytdan çıxarmaq üçün müxtəlif variantlara əl atmağa başladı.

Əfsuslar olsun ki, heç bir nəticə əldə edə bilməyən Yevlax Təhsil Şöbəsi çarəsiz qalıb 61 yaşlı fizika “müəllimə“sinə Yevlax rayon Qaraməmmədli kənd orta məktəbin 115 nömrəli daxili əmri ilə (axırıncı dəfə xəbərdarlıq edilməklə, Şiddətli töhmət) “göz dağı” verdi. Amma yenədə yanlış qərarı icra etdiklərini anlamadılar. Yalnış qərar isə ondan ibarətdir ki, 61 yaşlı “məhşur müəlliməyə” şiddətli töhmət yox, işdən azad etmə əmri verilməli idi.

Məsələni araşdıran zaman bəlli oldu ki, Təhsil Şöbəsi videogörüntüləri əsas gətirərək “müəllimin etik davranış qaydalarını pozduğuna görə” şiddətli töhmət verib. Burada söhbət videogörüntülərdən getmir axı ey hörmətli Namidə (Abbasova) xanım. Burada söhbət 18+ erotik fotolardan gedir. Niyə məhz bu fotoları əlinizdə sübut olaraq saxlayıb, “müəllimə”ni işdən azad etmədiniz? Utandınız ki, Yevlax Təhsilinin adı erotik fotolarla gündəmə gələr? Narahat olmayın! Yevlax Təhsilinin nə qədər bərbad olduğunu hər kəs çox yaxşı bilir, yaxşı da dərk edir.

Həmin məsələ ilə bağlı dəfələrlə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla əlaqə saxlayıb, iradımızı bildirmişik. Lakin Cəsarət müəllim də Yevlax Təhsil Şöbəsinin yalnış qərarlarını qüvvədə saxladı.

KanalS.az olaraq Təhsil Nazirliyinin portal.edu.az saytı vasitəsi ilə Təhsil Naziri Emin Əmrullayevə müraciət etdik. İlkin olaraq araşdırmanın nəticəsi olaraq bildirildi ki, həmin faktla bağlı Yevlax rayon Qaraməmmədli kənd orta məktəbin fizika müəlliməsi Süleymanova Gövhər Süleyman qızı məktəbin daxili 115 nömrəli qərarı ilə cəzalandırılıb. Sonradan isə rəsmi olaraq “qeyd etdiyiniz məsələ Təhsil Nazirliyinin ciddi nəzarətinə götürülüb və qanunamüvafiq qaydada tədbir görüləcəkdir” -deyə bildirilib.

Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva və Yevlax rayon İcra Hakimiyyəti Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova da məlumatlıdır. Ancaq heç bir nəticə yoxdur.

Allah kərimdir, gün olar Yevlax Təhsilinin də üzünə gün doğar.

Mövzuya yenidən qayıdacağıq…

KanalS.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi