azia.az
azia.az

Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsi özbaşınalıq baş alıb gedir- ŞİKAYƏT/FOTO

20-03-2021, 11:51

Teref.az-ın poçtuna daxil olmuş şikayət məktubunu təqdim edirik:
Vətən müharibəsi iştirakçısı Ucar rayonu Yuxarı Şilyan kənd sakini Əhmədov Rafiq Behbud oğlu tərəfindən
ŞİKAYƏT
Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin saxtakarlığı və Ucar Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşı Fəqan Məmmədovun özbaşına əməlləri ilə üzləşmişəm.
Belə ki, MİTSUBİSHİ markalı 99 XU 876 nömrəli avtomobili 15 sentyabr 2020-ci il tarixdə alıb Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsində adıma qeydiyyata aldımışam. Həmin vaxt məndən həm qeydiyyat həmdə texniki baxış adı ilə 150 manat pul alındı. Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsində mənə bildirildi ki, avtomobil texniki baxışdan keçirildi.Bundan 6 gün sonra mən 21 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinə aparılmışam.26 dekabr 2020-ci il tarixdə tərxis edilmişəm. 28 dekabr 2020-ci il tarixdə qeydiyyata düşmək üçün Ucar rayon Hərbi Komissarlığına gedən zaman özümü pis hiss etdiyimdən avtomobili atam idarə edirdi.Bu zaman Ucar Rayon Polis Şöbəsinin Yol Polis Bölməsinin əməkdaşı Fəqan Məmmədov bizi saxlatdı avtomobilin texniki baxışdan keçməməsini əsas gətirib qanusnuz protokol tərtib etdi.Hansı ki, mən ona izah etdim ki, 15.09.2020-ci il tarixdə avtomobili alıb adıma qeydiyyata aldırmışam. Həmin vaxt avtomobilin texniki baxışdan keçməsini Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsində mənə bildirdilər.Həmçinin mənim 21 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinə gedib 26 dekabr 2020-ci il tarixdə tərxis edilməyimi nəzərə almadan qanunsuz protokol tərtib etdi.Bu özbaşınalıq qanunsuzluqdur ki, Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsi və Ucar Rayon Polis Şöbəsinin Yol Polis Bölməsinin əməkdaşı Fəqan Məmmədov mənə qarşı ediblər.
Fəqan Məmmədaov idarə etdiyi Yol Patrul avtomobili ilə hər gün rayonun yollarıda sürücüləri soyub talamaqla məşğul olur.Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin rəhbərliyi ilə sürücüləri aldadıb cibini doldurmaqla məşğul olurlar.Qanuna əsasən avtomobil qeydiyata alınan zaman həmdə texniki baxışdan keçirilməlidir.Həmçinin avtomobilin qeydiyyata alınması 17 manat, texniki baxışdan keçirmək rüsumu isə 20 manat təşkil etdiyi halda 15 sentyabr 2020-ci il tarixdə məni aldadıb 150 manat pul alıb avtomobilimi qeydiyyata alsalarda texniki baxışdanda keçirməmişdilər.
Bu korrupsiya cinayətidir ki, həm Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsi həmdə Ucar RPŞ-nin YPX-nin əməkdaşı Fəqan Məmmədov həyata keçiriblər.Bu şəxslərin hüquq mühafizə orqanındada təmsil olunmaları polis adına ləkədir.
Azərbaycan Respublikasının Daxili İşlər Naziri hörmətli Vilayət Eyvazovdan xahiş edirəm şikayətimi araşdırıb korrupsiyaya qurşanmış Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin rəhbərliyi və Ucar RPŞ-nin YPX-nin əməkdaşı Fəqan Məmmədovun barəsində ciddi tədbirlər görəsiniz.
Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsi özbaşınalıq baş alıb gedir- ŞİKAYƏT/FOTO
Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsi özbaşınalıq baş alıb gedir- ŞİKAYƏT/FOTO
Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsi özbaşınalıq baş alıb gedir- ŞİKAYƏT/FOTO
Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsi özbaşınalıq baş alıb gedir- ŞİKAYƏT/FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi