azia.az
azia.az

BDU-nin professoru karantin qaydalarını pozdu-FOTOLAR

22-04-2021, 02:07

Bakı Dövlət Universitetinin (BDU) professoru İradə Hüseynova karantin qaydalarını pozaraq restoranlardan birində özünə dəbdəbəli ad günü keçirib.
BDU-nin professoru karantin qaydalarını pozdu-FOTOLAR
REPORTYOR. info xəbər verir ki, professor bununla bağlı sosial şəbəkələrdə paylaşım edib.

İradə Hüseynovun paylaşdığı fotolardan görünür ki, o, ad günü münasibətilə ziyafət təşkil olunub. Ona üzərində “Ən yaxşı elmi rəhbər” yazılmış tort hədiyyə edilib.

BDU-nun professoru ziyafətdə çəkilən fotoları belə bir təqdimatla paylaşıb: “Elmi rəhbərin ad günündə doktorantından hədiyyə almasından gözəl nə ola bilər. Yaratdığın elmi məktəbin yetirmələrinin sənə qiymət vermələri necə də xoş bir hissdir”.
BDU-nin professoru karantin qaydalarını pozdu-FOTOLAR
İradə Hüseynova BDU-nun “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, “Erməni araşdırmaları” elmi-tədqiqat laboratoriyasının rəhbəri, tarix elmləri doktoru, professor, Elm, təhsil və innovasiyaların inkişafında xidmətlərinə görə Beynəlxalq “Sokrat” mükafatı laureatı (İngiltərə), Azərbaycanın Əməkdar müəllimidir. O, 2009-2011-ci illərdə Təhsil Nazirinin müavini vəzifəsində çalışıb, 1999-cu ildən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi