azia.az
azia.az

İstedadlı gəncimiz San Marinoda keçirilən "Testene Art” Beynəlxalq musiqi festivalında -Foto

28-08-2017, 17:41

İstedadlı gəncimiz  San Marinoda keçirilən "Testene Art” Beynəlxalq musiqi festivalında -Foto


Bu gün istedadlı gəncimiz Ramin Pələngov İtaliyada, San Marinoda keçirilən "Testene Art” Beynəlxalq musiqi festivalında Azərbaycanımızı təmsil edərək səhnəyə çıxacaqdır.

azia.az bildirir ki, Ramin Festivalın birinci mərhələsində 350 iştirakçı arasından Qran Pri mükafatına layiq görülmüşdür.
Bir necə saatdan sonra Ramin xalqımızın ən ülvi nəğməsi olan Sarı Gəlin havasını milli alətimiz olan balabanda ən gözəl şəkildə tərənnüm edəcəkdir.
Hamınızdan bu gəncimizi dəstəkləməyinizi və #RaminBalaban #TesteneArt #SarıGelin#Balaban Azerbaycan haştagları ilə sosial şəbəkələrdə paylaşmağınızı xahiş edirik.
Raminə uğurlar arzulayırıq!
Tədbiri canlı yayınla paylaşmağa çalışacağiq.

Saçın ucun hörməzlər
Gülü sulu dərməzlər
Sarı gəlin

Bu sevda nə sevdadır
Səni mənə verməzlər
Neynim aman, aman
Neynim aman, aman
Sarı gəlin


Gün ola mən bir görəydim

Nazlı yarımın üzünü
Neynim aman, aman
Neynim aman, aman
Sarı gəlin....

İstedadlı gəncimiz  San Marinoda keçirilən "Testene Art” Beynəlxalq musiqi festivalında -Foto
İstedadlı gəncimiz  San Marinoda keçirilən "Testene Art” Beynəlxalq musiqi festivalında -Foto
İstedadlı gəncimiz  San Marinoda keçirilən "Testene Art” Beynəlxalq musiqi festivalında -Foto


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi