“Evli bir kişi ilə münasibətdə olmaq...” – Afət sənəd paylaşdı
“Bu sənəd bir daha göstərir ki, Famil bəy rəsmi nikahda olduğu dövrdə xanım müğənni ilə nikahdan kənar münasibətdə olub. Mənim səsləndirdiyim fikirlərin heç kimə qarşı şər və ya böhtan olmadığını göstərən əsas sübutlardan biri də məhz bu sənəddir”.
Xəbər verilir ki, bunu müğənni Afət Fərmanqızı bildirib. O, sosial media hesabında Vəfa Şərifaovanın uşaqlarının atası Familin rəsmi nikah şəhadətnaməsini paylaşıb:
“İndi isə sizə bir sual ünvanlayıram: Rəsmi nikahda olan evli bir kişi ilə münasibətdə olmaq və həmin münasibətdən uşaq dünyaya gətirmək nə dərəcədə doğrudur? Sizcə, belə bir münasibətin adı nədir?
Mən istənilən qadının rəsmi nikahda olan evli bir kişi ilə nikahdan kənar münasibət yaşamasının qəti əleyhinəyəm. Bu mövqeyim heç bir konkret şəxsə deyil, ümumilikdə belə hallara aiddir. Bu mövzuda səsləndirdiyim fikirlərin əsas məqsədi isə gənc qızlarımızın belə səhv addımlar atmasının qarşısını almaq, onlara ailə dəyərlərinin, qarşılıqlı hörmətin və məsuliyyətin nə qədər vacib olduğunu xatırlatmaqdır. İstəyirəm ki, hər kəs bu cür münasibətlərin doğru olmadığını anlasın və gələcəyini sağlam, möhkəm təməllər üzərində qursun”.
Qeyd edək ki, müğənni Vəfa Şərifova bildirmişdi ki, Familin nə onunla nə də başqa biri ilə rəsmi nigahı yoxdur.\\yenisabah.az