Əməkdar artist Aygün Mübariz və gənc vokal ifaçısı Altun Süleymanovdan “Gözəlim sənsən” dueti - VİDEO
Azərbaycan Milli Konservatoriyasında maraqlı və yadda qalan sənət hadisəsi baş verib.
Əməkdar artist, tanınmış vokal sənətkarı Aygün Mübariz və gənc vokalist, konservatoriyanın tələbəsi Altun Süleymanov “Gözəlim sənsən” mahnısını müəllim–tələbə dueti kimi ifa ediblər.
İfa zamanı sənətkarla tələbə arasında yaranan səmimi musiqi harmoniyası və emosional ifadə tərzi videoda xüsusi bir atmosfer yaradıb.
Bu duet vokal sənətində nəsillərarası yaradıcılıq əlaqəsinin, ustad məktəbinin və sənət estafetinin parlaq nümunəsi kimi dəyərləndirilir.
Aygün Mübariz xanımın səhnə mədəniyyəti və vokal ustalığı, gənc ifaçı Altun Süleymanovun səs tembri və ifadə tərzi ilə gözəl şəkildə vəhdət təşkil edib.
Sevgi və sənət enerjisi ilə dolu bu video izləyicilərin böyük marağına səbəb olub.