azia.az
azia.az

MƏN qızımın bu evliliyinə razı deyiləm, çünki o oğlan daha ata OLA BİLMƏZ-Samirədən Xalq artistinin oğlu BARƏDƏ ŞOK

Bu gün, 08:58

Müğənni-meyxanaçı Samirə Yusifqızı qızı Fərəhlə bağlı ilginc açıqlamaları ilə diqqət mərkəzinə düşüb.

Azia.az bloqu Titul.az-a istinadən xəbər verir ki, Samirə qızının Xalq artistinin oğlu ilə ailə qurmasına qarşı olduğunu bildirib.

O, bunun səbəbini belə izah edib:

"O uşaqla mənim qızımın birincisi yaş fərqi var idi, ikinci də mənim qızım ailəli olub boşanıb, bir oğlu da var. Mən istəmərəm ki, subay oğlan ailəli olmuş, ərdən boşanmış, uşaqlı qızı alsın. Mən bu evliliyə razı deyiləm. Çünki o oğlan daha ata ola bilməz".

Xatırladaq ki, hələ keçən ilin yanvarında "Tarixin bir günü" proqramının qonağı olan Samirə 2024-cü ilin may ayının  30-u qızının adını açıqlamadığı Xalq artistinin oğlu ilə evlənəcəyini bildirmişdi. Məlumata görə, bəyin anası Xalq artistidir.

 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi