Sərdar Ortaç qumardan 50 milyon udub
Türkiyəli müğənni Sərdar Ortaç "Radikal" qəzetinə müsahibəsində maraqlı məqamlara toxunub.
Müğənni həyatındakı 3 böyük peşmanlığını qeyd edib:
"Birincisi rəhmətlik Ahmet Kayanın gecəsində kaş olmayaydım və həmin səhvi etməyəydim. İkinci peşmanlığım isə hərbi xidmətdən qaçmağımla bağlıdır. Üçüncü ən böyük peşmanlığım isə qumardır".
S.Ortaç deyib ki, 20 ilə yaxındır qumar oynayır və bu müddətdə təxminən 50 milyon dollar pul udub:
"O pulların hamısını xərcləmişəm, 1 lirə də qalmayıb".
axsam.az