Qumar oyunları çoxsaylı bədbəxtçiliklərə yollar açır
Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə görə ölkəmizdə qumar oyunları qadağan olunub və 90-cı illərdə mərhum prezident Heydər Əliyev hakimiyyətdə olarkən, o, qumar oyunlarının qadağan olunması haqqında Sərəncam da imzalamışdır.Buna baxmayaraq, ölkəmizin müxtəlif yerlərində ara-sıra kazinoların fəaliyyətləri aşkar olunduqda, hüquq-mühafizə orqanları əməliyyat keçirib bu cür oyunları təşkil edənləri ifşa edirlər, yaxud da onları qanunun tələb etdiyi formada cəzalandırırlar. Qeyd edək ki, 2011-ci ildə ölkəmizdə ilk və yeganə qanuni idman mərc oyunu “ToPaz” fəaliyyətə başlasa da, digər mərc və onlayn platformalardakı oyunların hər biri qeyri-qanuni oyun növü hesab olunmuşdur. Unutmaq olmaz ki, hal-hazırda Azərbaycanda oynanılan qumar oyunlarında külli miqdarda pul uduzanlar olur. Son illər bir çox varlı məmurların, yaxud da onların ərköyün övladlarının ciddi maraq göstərdikləri qumar oyunlarında olmazın fəsadlar yaşanmaqdadır. Bu şəxslərin qumar oyunlarında külli miqdarda pul uduzmaları da tam əksəriyyətə bəllidir. Yəqin ki, hər kəs o haqda da məlumata malikdir ki, internet üzərindəki qumar oyunlarında iştirak edənlər gündəlik qumar oyunlarında xeyli pul uduzub, olmazın problemlərlə üzüzə qalırlar. Bundan əlavə lazımi cəza tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, bu gün də sosial şəbəkələrdə və müxtəlif internet portallarında qanunsuz mərc oyunları ilə bağlı geniş təbliğat işlər həyata keçirilməkdədir.
Bəllidir ki, qumar haqsız yerə başqasının malını ələ keçirməkdir, bilə-bilə ortaq şəkildə oğurluq etməkdir, kütləvi şəkildə əxlaqsızlığa, mənəvi pozğunluğa yollar açmaqdır, həmçinin ictimai bir fəlakətdir. Qumar geniş yayıldıqca ictimai zərərlər daha da artır və bu ailə həyatında nizamsızlıqlara, anlaşılmazlıqlara və s. səbəb olur. Mövcud qanunvericiliyə görə qumar oyunları dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun növləri başa düşülür. Qumar oynayanları inzibati məsuliyyət gözləsə də, qumarxana təşkil edənləri isə cinayət məsuliyyəti ilə cəzalandırmağa qanun lazımi qədər əsaslar verir. Qumarxana təşkiletmə və ya saxlama cinayət məsuliyyəti yaradan hallardır. Hətta, bununla bağlı Cinayət Məcəlləsinə 244.1-ci maddə də əlavə olunub. Faktdır ki, qumarxana təşkiletmə və ya saxlama cinayətinə görə, hər kəsin 2 ilədək islah işlərinə və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzasına layiq görülməsi nəzərdə tutulur. Bu cinayət təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilərsə, o halda 3-6 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bütün bunlara baxmayaraq, hal-hazırda Azərbaycanda iki-üç nəfərdən ibarət mütəşəkkil dəstə kazino-qumar oyun növü ilə məşğul olmaqdadır. Yəni, bu dəstə gün ərzində insanları müxtəlif yollarla aldadır və onların təqribən 25-30 min manat məbləğində pullarını ələ keçirirlər.
Belə ki, ilk əvvəl mütəşəkkil dəstə RF-na məxsus mobil nömrə alıb WhatsApp açırlar və guya ki, onlar daim bu ölkənin ərazisində olurlar. Məsələn, “KAZİNO TT” adlı bir kazino var ki, bu kazinonu Sabir və Kamran adlı şəxslər işlədirlər. Qumar oynamaq üçün müştərilər ilk əvvəl bu kazinoya məxsus +7980800665, +79603202558, +380994642811 mobil nömrələri ilə əlaqə saxlayırlar. O halda müştərilərə 20623774488873 rəqmli kod verirlər və müştərilər Sabir və Kamran adlı şəxslərin yaxınlarına “Rabitə Bank”dan verilmiş 5261633333700368, 5261633333788595, 4189800000048429, 5261633333879576, “Ekspres Bank”dan verilmiş 5505785028582364, “Kapital Bank”dan verilmiş 4169742321947778 kart nömrələrinə “Million” və ya “Emanat” aparatları vasitəsilə ödəniş həyata keçirirlər və ödəniş qəbzlərinin şəkillərini çəkib mütəşəkkil dəstənin üzvlərinə atdıqdan sonra, qumar oynlarında iştirak edirlər. Bundan əlavə, +79870004627 nömrə də kazino işlədən şəxslərə məxsusdur. Oyunda iştirak etmək istəyən hər kəs, yuxarıda qeyd etdiyimiz kimi “Kapital Bank”dan Elmir Novruzov adlı şəxsin adına verilmiş 4169738555361587, Rovşan Shammadov adlı şəxsin adına verilmiş 4169737703895272, Rəvan Məmmədov adlı şəxsin adına verilmiş 4169737708043803 kart nömrələrinə pul vurmalı və sonra qumar oyunlarında iştirak etməlidirlər.
Bir sözlə, bu cür yolla da hər kəs mobil telefonla, yaxud da kompyuter vasitəsilə oyuna qatılıb qumar oynaya bilir. Onu da qeyd edək ki, mütəşəkkil dəstənin üzvləri bir kimsə onlara ilişə bilməsin deyə, tez-tez kodlarını dəyişirlər. Gundemxeber.az-ın redaksiyasına daxil olan məlumatlara görə, bu gün təkcə Bakı şəhərində xeyli sayda insanlar belə bir oyun növü ilə məşğul olurlar ki, bu da ümumi cəmiyyətimizin sağalmaz bəlasına çevrilib. Həmin şəxslərin gün ərzində dövriyyədə təqribən 200-300 min manat məbləğində pullarının olduğu söylənilir və onların hansısa məqsədlərini həyata keçirmək üçün, bəzi şəxsləri şantaj etməkdən çəkinmədikləri də bildirilir. Bütün bunlar cinayət yaradan hallar olsa da, hələ ki, həmin şəxslərə qarşı lazımi cəza tədbirləri görülmür. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
Mövzuya qayıdacağıq.
GundemXeber.Az