Xanım müğənni ona sataşan QAYINANASINI DÖYÜB - VİDEO
Müğənni Nüşabə Musayeva açıqlaması ilə gündəmə səs salıb. Bizimshow.az xəbər verir ki, sənətçi qonaq olduğu "Həmin Zaur" verilişində qayınanası ilə münasibətlərindən söz açıb.
Nüşabə bildirib ki, qayınanasına, ona sataşdığına görə əl qaldırıb, döyüb:"Mən qayınanamı döymüşəm. Mənə sataşdı, çox pis söz dedi... O zaman mən uşaq idim, 16 yaşım vardı. Qayınanamı saçlayıb, qoydum yerə. Amma indi onunla dostuq. O deyir ki, "sən gərək dözərdin", mən isə deyirəm ki, sən gərək məni yola verərdin.Mənə əl uzatdığı üçün onun saçını yoldum. Böyük böyüklüyünü, uşaq da uşaqlığını edər. Ərimi evdə heç tapmırdım. Tapmadığıma görə də evdən çıxıb getdim". (Bizim.Media)