azia.az
azia.az

Bayram günü qayınanasını öldürmək istəyən şəxslə bağlı QƏRAR

17-07-2022, 16:46


Ali Məhkəmədə Goranboy rayonunda qayınanasını öldürməyə cəhd etməkdə ittiham olunan 1995-ci il təvəllüdlü Kürdoğlu Hüseynovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Bayram günü qayınanasını öldürmək istəyən şəxslə bağlı QƏRAR

Məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.



Qərara əsasən, hökm və ya qərar dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb.



İttihama görə, Kürdoğlu Hüseynovun qayınanası Leyla İsgəndərova əri ilə 2015-ci ildə boşandıqdan sonra Goranboy şəhər sakini ilə qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayıb və yüngül həyat tərzi keçirməsi ilə əlaqədar aralarında münaqişə yaranıb.



Bu səbəbdən o, 2020-ci il tarixdə Leyla İsgəndərovanın yaşadığı ünvana gedərək evin qapısı qarşısında ona pozğun əməllərindən əl çəkməsini bildirib. Qadın onu nalayiq sözlərlə təhqir edib, oradan qovub. Bundan hiddətlənən Kürdoğlu Hüseynov qayınanasını öldürmək qərarına gəlib.



21 mart 2020-ci il tarixdə, səhər saatlarında valideyinləri ilə bayramlaşmaq məqsədi ilə getdiyi Tərtər rayonunun Düyərli kənd qəbirstanlığında torpağa basdıraraq gizlətdiyi, babası Oruc Hüseynovdan qalan bıçağı götürüb.



Kürdoğlu Hüseynov günorta saatlarında arvadı və qayınatası ilə birlikdə Goranboy şəhərində olan evinə qayıdıb. Evdə arvadı ilə qayınanasına görə mübahisə edib. Saat 17 radələrində Leyla İsgəndərovanı öldürmək məqsədi ilə onun yaşadığı ünvana yollanıb. Həyət darvazasını döyüb, qapını açan olmasa da, evdən Leylanın səsini eşitdiyindən həyətə düşüb.



Evin giriş qapısından dəhlizə, oradan da evin qonaq otağına daxil olub, Leyla İsgəndərovanın mətbəxdə telefonla danışdığını görüb. Evin mətbəxinə keçib, telefonla danışan qaynanasının üzərinə gedərək ona nəyə görə pozğun həyat tərzindən əl çəkmədiyini soruşub. Qayınanasına bu hərəkətlərlə onun da həyatını məhv etdiyini deyib. Leyla İsgəndərova ona kobud cavab verib.

Kürdoğlu Hüseynov cibindən bıçağı çıxararaq Leyla İsgəndərovaya 4 dəfə zərbə endirib. Qadın aldığı zərbələrdən huşunu itirərək yerə yıxılıb.



Kürdoğölu Hüseynov onun öldüyünü zənn edib və hadisə yerindən uzaqlaşıb. Leyla İsgəndərova rayon mərkəzi xəstəxanasına çatdırılıb və həyatı xilas edilib.



İstintaq orqanı tərəfindən Kürdoğlu Hüseynovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.



Gəncə Ağır Cinayətlər Məhkəməsinin höküm ilə Kürdoğlu Hüseynov 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Bu hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi apelyasiya şikayətini təmin etməyib.



Kamal Məmmədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi