azia.az
azia.az

İÇKİSİNƏ DƏRMAN qatılan müğənni nələri danışdı

20-06-2024, 18:44

"Üç il bundan əvvəl xaricdəki tədbirlərin birində içkimə nəsə qatmışdılar. Həmin gecədən səsim batdı. İki il yarım mən oxuya bilmədim. O tədbirdə milli janrın ifaçıları və televiziya işçiləri var idi".

Publika.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli qonaq olduğu "Tarixin bir günü" verilişində deyib. Sənətçi həmin şəxsin kim olduğunu bildiyini də vurğulayıb:

"Bu haqda ona görə danışmırdım ki, o şəxslər istəyinə nail olmadılar. Roza yenə də var. Həmin şəxsin kim olduğunu bilirəm. Onunla münasibətim də var. Milli janrda oxuyan ifaçıdır.

Mən də bilmirəm ki, niyə edib. Muğam janrının ifaçısı deyiləm. Onların dəvət aldığı toylara getmirəm. Ümumiyyətlə, o adamlarla rəfiqəliyim yoxdur. Danışdıqlarımla, hərəkətlərimlə gözlə çarpıram. Yaradan insanı qoruyur. Yaradan özü bilir ki, hansı bəndəsi nəyə çarədir. Siz belə etdikcə, sənətimlə daha da aqressiv şəkildə məşğul oluram və dayanmıram".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi