azia.az
azia.az

Bələdiyyə başçısı məşhurlara milyonlar xərclədi - QALMAQAL

30-08-2023, 08:25

İzmir Böyükşəhər Bələdiyyə başçısı Tunç Soyer məşhurlara xərclədiyi vəsaitlə gündəmə gəlib.

Milli.Az olay-a istinadən xəbər verir ki, ötən il İzmirin düşmən işğalından azad edilməsinin 100-cü ildönümü tədbirləri çərçivəsində konsert verən Tarkana səs, işıq və səhnə xərcləri də daxil olmaqla, şəhər büdcəsindən 23 milyon 540 min lirə verildiyi məlum olub.

Müğənni Gülşənin 31 dekabr 2022-ci ildə Yeni il konserti üçün Böyükşəhər Bələdiyyəsindən 3 milyon 30 min lirə qonorar aldığıda ortaya çıxıb. 

Bundan başqa, Gülşənin Yeni il konserti üçün texniki və kulis ehtiyaclarının ödənilməsi, icarə və xidmət satınalmaları üçün 7 milyon 247 min 50 lirə ödənilib.

Gülşənin yeni il konserti üçün İzmir Böyükşəhər Bələdiyyəsinin büdcəsindən 10 milyon 277 min lirə ödənilib.

Belə ki, bələdiyyə iki sənətçiyə 33,5 milyon lirə xərcləyib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi