Keçmiş əri ilə cinsi əlaqədə oldu, sevgilisi isə... - Bakıda şok
Bakının Qaradağ rayonunda 1979-cu il təvəllüdlü Nağı qısqanclıq zəminində tanışı, 1983-cü il təvəllüdlü Zülfiyyəni (adlar şərti verilib - red.) qətlə yetirib.
Azia.az Teleqraf.com-a istinadən bildirir ki, qətl hadisəsi ötən il fevralın 7-də baş verib.
Həmin gün saat 10 radələrində qeyri-rəsmi münasibətdə olduğu Zülfiyyənin keçmiş əri ilə cinsi əlaqədə olduğunu, bədənində iz qaldığını deməsi Nağıya pis təsir edib.
O, yaşadığı evin mətbəxindən bıçaq götürərək qonaq otağında olan Zülfiyyəyə yaxınlaşıb. Keçmiş əri ilə intim əlaqədə olmasını pisləyib və ona "fahişə" deyib.
Zülfiyyə onun ailə üzvlərini eyni söyüşlə təhqir edəndə daha da qəzəblənən Nağı bıçaqla Zülfiyyəyə çoxsaylı zərbələr vurub. 17 bıçaq xəsarəti alan qadın vəfat edib.
İstintaq orqanı tərəfindən Nağının barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsualla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nağı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Zülfiyyəni 2018-ci ildən yaşadığı Qobu Park 1 yaşayış kompleksindən tanıyıb:
"2018-ci ildən bu hadisə baş verənədək qeyri-rəsmi yaşadığım qadın olub. Əvvəllər ailəli olmuşam, sonra ayrlmışam. Əvvəlki nikahımdan iki övladım var, hər ikisi ailəlidirlər. Həmçinin Zülfiyyə də ailəli olub. 2016-2017-ci illərdə boşanıb. Onun da həmin nikahdan bir oğlu olub. Keçmiş əri övladını görmək üçün bizə gəlib-gedib. Bildiyim qədər Zülfiyyənin keçmiş əri ilə münasibəti yaxşı olmayıb".
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü Zülfiyyənin evində olub: "Diqqətlə Zülfiyyəyə baxan zaman onun sol sinə nahiyyəsində qançır izi gördüm. Həmin izin necə yarandığını soruşdum. Zülfiyyə isə bildirdi ki, oğlunun ad günündə keçmiş əri ilə görüşüb, həmin gün onunla cinsi əlaqədə olduğu zaman bu qançırı keçmiş əri törədib. Zülfiyyənin dedikləri mənə çox pis təsir etdiyi üçün qısqandım. Mətbəx otağına getdim və qaz plitəsinin yan hissəsindəki bıçağı götürdüm. Yenidən Zülfiyyənin olduğu qonaq otağına gəldim".
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt Zülfiyyə qonaq otağındakı divanda əyləşib: "Zülfiyyə gülə-gülə "bunu nəyə gətirmisən, nədi məni bıçaqla vuracaqsan guya" dedi. Əsəbi halda Zülfiyyədən nə üçün keçmiş əri ilə cinsi əlaqədə olduğunu soruşdum. Ona "sən fahişəsən" deyə qışqırdım. Zülfiyyə isə əvəzində anam, keçmiş arvadım, qızım və gəlinim barədə xoş olmayan sözlər dedi. Ağır söyüşlərlə məni təhqir etdi.
Bundan əsəbləşərək Zülfiyyəni mətbəxdən gətirdiyim bıçaqla üç dəfə vurdum. İttiham aktında qeyd olunan on yeddi bıçaq zərbəsini yetirməmişəm. Hadisəni törətdikdən sonra iki telefon və bir "Samsung" markalı televizoru özümlə apamışam. Həmin əşyaların pulunu özüm ödəmişəm".
Təqsirləndirilən şəxs daha sonra əlavə ifadə verib. O bildirib ki, cinayətin əsl səbəbi Zülfiyyənin hadisədən bir neçə gün əvvəl başqa bir kişi ilə Xırdalanda yerləşən "Vulkan" otelində görüşməsi olub: "Məhz bu səbəbə görə onu öldürdüm. Zülfiyyənin mənə xəyanət etməsini onun qardaşına zəng edərək bildirmişəm".
Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində isə Zülfiyyənin bacısı Samirə tanınıb. Onun sözlərinə görə, təqsirləndirilən şəxs mərhum bacısının qeyri-rəsmi əri olub: "2001-ci ildə bacım Zülfiyyə dayım oğlu Vüqarla ailə həyatı qurub və rəsmi nikaha daxil olub. Bu nikahdan 2005-ci il təvəllüdlü Vasif, 2007-ci il təvəllüdlü Anar dünyaya gəlib. Vüqarla Zülfiyyə yola gedə bilmədikləri üçün 5 il əvvəl ayrılıblar".
Hüquqi varis qeyd edib ki, 2018-ci ildə dövlət tərəfindən məcburi köçkünlərə müvəqqəti yaşamaq üçün Lökbatan qəsəbəsi, Qobu Park 1 yaşayış kompleksində ev verilən zaman bacısı Zülfiyyəyə də mənzil verilib: "Zülfiyyə həmin mənzildə övladları ilə yaşayırdı, kompleksdə olan "Grand mart" marketində kassir işləyirdi. 10 yanvar 2022-ci ildə Zülfiyyənin böyük oğlu Vasifin ad günü olduğu üçün övladlarımla onlara getdim. Vasifi təbrik etdim. Həmin gün axşam isə Vüqar qardaşı və qardaşının ailəsi ilə birlikdə Vasifi təbrik etmək üçün Zülfiyyəgilə getdi. Zülfiyyəgildən tez çıxdığım üçün onlarla rastlaşmadım".
Hüquqi varis bildirib ki, yanvarın 30-da Zülfiyyənin kiçik oğlu Anarın da ad günü olsa da, gedə bilməyib: "Onu telefon vasitəsi ilə təbrik etdim. Həmin gün də Vüqar qardaşı və onun ailə üzvləri Zülfiyyənin yaşadığı mənzilə gedib, Anarı təbrik ediblər.
Fevralın 7-də günorta saatlarında evdə olan zaman kiçik qardaşım Faiq mənə zəng vurdu. Zülfiyyənin yaşadığı mənzildə qətlə yetrildiyini dedi. Ərim Vahidlə birlikdə Zülfiyyənin yaşadığı evə gəldik. Biz ora gələn zaman Zülfiyyənin meyitini polislər müayinə edilməsi üçün meyitxanaya aparmışdılar".
Şahid qismində ifadə verən qətlə yetirilmiş Zülfiyyənin qardaşı Zamiqin sözlərinə görə, Nağı tarixini dəqiq xatırlamadığı vaxt ona zəng edib və bacısı Zülfiyyə ilə yaşadığı evdə münaqişə olduğunu bildirib: "Mənə bununla maraqlanmağımı dedi. Mən də bacıma zəng etdim. Zülfiyyə heç bir problemin olmadığını bildirdi.
Fevralın 7-də təxminən saat 10-11 radələrində Nağı mənə zəng etdi və bacımı qətlə yetirdiyini dedi, övladları məktəbdən gələnə qədər meyiti götürməyimi istədi.
Ondan bacımı nə üçün öldürdüyünü soruşdum. O, aralarında yaranan münaqişə nəticəsində bacımı öldürdüyünü dedi".
İş üzrə şahid qismində Zülfiyyənin keçmiş əri də ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxsi tanımır, keçmiş arvadının təqsirləndirilən şəxslə münasibəti olmasını bilməyib. Qeyd edib ki, övladlarna tez-tez baş çəksə də, onunla münasibətdə heç vaxt olmayıb.
Mərhumun azyaşlı övladları da iş üzrə şahid qismində ifadə veriblər. Onların sözlərinə görə, təqsirləndirilən şəxsi onların evlərinə təmir işləri üçün gəlib-gedən usta kimi tanıyıblar. Azyalılar qeyd ediblər ki, məktəbdən gələndən sonra analarının qətlə yetirilməsini biliblər.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Nağı 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.