azia.az
azia.az

“Əxlaqsız gədə türklərin matəm günündə bambılı kimi ortalığa düşüb, ad günü keçirib” - ŞOK AÇIQLAMA

4-03-2023, 11:00


Xəbər verdiyimiz kimi, müğənni Nadir Qafarzadə  Türkiyədə baş verən zəlzələdən sonra matəm günü olmasına baxmayaraq, özünə təmtəraqlı ad günü məclisi təşkil edib. O, doğum gününü paytaxt restoranlarının birində keçirib və konsert məclisinə müğənninin sənət dostları da dəvət olunub.

Pravda.az-ın xəbərinə görə, məsələyə münasibət bildirən yazıçı-filoloq hacı Cəfər Cəfərli müğənninin bu hərəkətini kəskin şəkildə pisləyib.

O, insanlardan Nadir Qafarzadəni şənliklərə dəvət etməməyə çağırıb:

“Türk xalqı adına ləkə olan bu əxlaqsız gədə türklərin matəm günündə bambılı kimi ortalığa düşüb özünə ad günü keçirib. Hələ utanmaz-utanmaz əndazəni aşaraq özünün türk olmadığını bəyan edib.Toy və digər şənlik keçirəcək şəxslərdən xahiş edirəm, bu bambılını boykot etsinlər, xeyir işlərinə dəvət etməsinlər. Axı o, nə oxuyur, haranın sənətkardır?

Sizin hamınızı Nadiri boykot etməyə çağırıram”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi