azia.az
azia.az

Nigar Camal təhqir olundu-DƏHŞƏTLİ ANLAR

27-02-2023, 08:44

Azərbaycanı "2011-ci ildə “Avroviziya”da təmsil edən müğənni Nigar Camal avtomobili hərəkət edərkən hücuma məruz qalıb. 

Bu barədə müğənni İnstaqram hesabında paylaşım edib.

O qeyd edib ki, KİA markalı avtomobili idarə edən şəxs yolunu kəsib ə avtomobilinə ziyan vurub:

"Gördüyünüz "99-RJ-449" KİA markalı avtomobilin sürücüsü mənim yoluma girmək istəyirdi. Tıxac idi, həm də böyük bir avtobus artıq yola girmişdi. Mən sol tərəfdən tam ortada idim, o isə maşını həmin yola müxtəlif “tryuk”larla salmaq istəyirdi. Xəbərdarlıq etdim ki, siz neyləyirsiniz? Mən avtomobili avtobusa vura bilərəm. O da başladı bilə-bilə müxtəlif "tryuk"lar etməyə. Mən də vəziyyətdən çıxmağa və yolumu davam etməyə çalışırdım. Gördüm ki, arxamca düşüb, yolumu kəsməyə çalışır. Aradan çıxa bilmirdim, ona görə də çəkməyə başladım ki, düşündüm əl çəkəcək. Birdən yolumu bağladı və mənə hücum elədi. Yuxarıda görüntüləri də təqdim etmişəm.

Mən başa düşmürəm bəzi kişi sürücülər qadınlara qarşı niyə belə aqressivdir?! Mən sağlamlığı yerində insanam, ancaq mənim yerimdə panik-atakı olan, epilepsiyadan və digər psixoloji xəstəliklərdən əziyyət çəkən bir xanım ola bilər - yaxud daha həssas biri. Onsuz ölkəmizdə qadına qarşı şiddət yayğındır. İndi isə bunu açıq-aşkar küçənin ortasında edirlər. Bu maşında Nigar Camal yox, haqqını tələb edə bilməyən, tez təsirə düşən biri də ola bilərdi. Bəlkə də daha pis hadisə yaşana bilərdi".


BAKU.WS

VİDEO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi