"Tacir kişiliyə yaraşmayan hərəkətlər edir”
Azia.az media-Necə ola bilər ki, mən manısın fanatı ola bilərəm?! Mən musiqiçiyəm, konservatoriya bitirmişəm, böyük sənətkarımız Arif Babayevdən muğam dərsi, xalq artisti Şəfiqə Məmmədovadan səhnə və nitq mədəniyyəti, Teymur Əmrahdan vokal dərsi almışam. Ümumiyyətlə uşaq yaşlarımdan Əbülfət Əliyevə, Şövkət Ələkbərovaya, Qulu Əsgərova, Rübabə Muradovaya qulaq asmışam, onları dinləmişəm. Bunları saymaqla qurtarmaz. Tacir onların yanında kimdir axı?! O manısdır! Mən necə manısın fanatı ola bilərəm ki?”
AZİNFORM.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış və sevilən müğənni İlahə Fəda deyib. “Özü o vaxt efirdə dedi ki, mən konservatoriyaya getdim, Fərhad Bədəlbəyli məni oradan qovdu. Mən də deyirəm ki, Fərhad Bədəlbəyli onu yaxşı qovmayıb. Onu nəinki konservatoriyadan, gərək Bakı şəhərindən qovardı. Fərhad Bədəlbəyli onu Üzeyir bəyin yaratdığı musiqi ocağından qovub! Bu o deməkdir ki, Tacir musiqi dünyasından qovulub! O mikrobdur, düşüb musiqinin canına. Ümumiyyətlə bilmirəm ki, bu adam məndən nə istəyir?! O yazvadır, yazva! Görür ki, adı it dəftərində yoxdur! Adam nə qədər yaşına, kişiliyə yaraşmayan hərəkət edər?! İstəyir ki, gündəmə gəlsin, onda da mənim adımı çəkir. Ay bala, sən hara, mən hara?! Mən ali savadlı, Azərbaycan musiqisinə düzgün xidmət edən ifaçıyam, musiqiçiyəm. Sən get toylarını oxu da! Mənimlə nə işin var?! Mənim səviyyəm hara, səninki hara?!” deyə sənətkar bildirib.