"Əgər müğənni hamiləliyini efirdə göstərirsə, ona həyasız deyirlər"
"Elə vaxtlar olub ki, çemodanlarla pul qazanmışam. Amma onları paylaşmağı bacarmışam. Elə olub ki, bir manat pulum olmayıb, onu da paylaşmağı bacarmışam. Mənəvi kimliyinin balansını mütləq qoruyub, saxlamalısan. Çünki ondan gözəl şey yoxdur".
Yenilik.az xəbər verir ki, xalq artisti Nisə Qasımova qonaq olduğu "Açıq söhbət" verilişində belə deyib.
68 yaşlı sənətkar çimərlik geyimində səhnəyə çıxan və hamiləliyini efir vasitəsi ilə nümayiş etdirən gənc həmkarlarını həyasız adlandırıb.
"Əgər bir müğənni hamiləliyini, dəniz kənarında çimərlik geyimində özünü nümayiş etdirirsə, ona həyasız deyirlər. Yəni həyası olmayan deyirlər və ya fotosessiya edir, cürbəcür pozlarda bunun adı nədir? Gözəl geyinən müğənnilərimizi öpürəm. Amma müəyyən şeylər var ki, əndazəni keçməmək, qorumaq lazımdır", - deyə Nisə Qasımova fikirlərini ifadə edib.