azia.az
azia.az

“Başdaşıma Xalq artisti yazılsın deyə, min dəfə yalvarmalıyam?” – Əməkdar artist Cavanşir Məmmədovla MÜSAHİBƏ

8-09-2021, 15:20

“Başdaşıma Xalq artisti yazılsın deyə, min dəfə yalvarmalıyam?” – Əməkdar artist Cavanşir Məmmədovla MÜSAHİBƏ
Əməkdar artist Cavanşir Məmmədov Azia.az-ın suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

- Cavanşir bəy, pandemiya dönəmini necə keçirdiniz, xəstəliklə necə mübarizə apardınız?

- Ataların yaxşı bir sözü var: Palaza bürün, ellə sürün. Pandemiya ilə mübarizə aparmaq Səhiyyə nazirliyimizin, dövlətimizin, eyni zamanda vətəndaşlarımızın işidir. Prezidentimiz sağ olsun, vaxtında elə qabaqlayıcı tədbirlər görüb ki, digər ölkələrə də nümunə olmuşuq. Yəni, bu ümumdünya, eyni zamanda ümumxalq mübarizəsidir. Tək Cavanşir Məmmədov yox, başqaları da bu tövsiyələrə əməl etməlidir. COVİD-19 elə-belə xəstəlik deyil, bütün dünyanı cənginə alıb.

- Koronavirus sizi də yaxalayıbmı?

- Bəli. Noyabr ayında mən də, həyat yoldaşım da bu xəstəliyi keçirmişik. Ancaq uşaqlarım yoluxmayıb. Vaksinləri də vurdurmuşuq, müalicə də almışıq. Şükürlər olsun ki, yaxşıyıq.

“Başdaşıma Xalq artisti yazılsın deyə, min dəfə yalvarmalıyam?” – Əməkdar artist Cavanşir Məmmədovla MÜSAHİBƏ
- Operativ Qərargahın pandemiya dönəmində bir sıra qərarları oldu. Bir qisminə narazılıqlar var idi, bir qismi artıq cəmiyyət tərəfindən qəbul edilib. Bəs, Cavanşir Məmmədov vətəndaş kimi bu qərarlardan razıdırmı?

- Qərarlara sözüm yoxdur. Əvvəla, qərarlar diqqətlə analiz edilib, sonra verilməlidir. Həftədə bir qərar vermək olmaz – xəstəlik və ya qeyri- məsələ ilə bağlı. 500 xəstə azaldı və ya çoxaldı, buna əsasən, qərar dəyişmək düzgün deyil. Bu baxımdan düşünürəm ki, tələsmək lazım deyil. Digər tərəfdən bu dönəmdə səsləndirilən müəyyən təkliflərlə razılaşmadım. Məsələ parlamentdə müzakirə ediləndə bir-iki deputat toylarla bağlı fikirlər irəli sürmüşdülər. Təklif etmişdilər ki, həmin məclislər onlayn formada təşkil edilsin. Həmin deputatın özünə sual verirəm: Sən öz övladına onlayn toy edərsənmi? O zaman elə cəbhədə düşmənlərimizlə onlayn vuruşaq da....

Bu o deməkdir ki, deputat seçiciləri ilə görüşmədiyini etiraf edir. Əgər görüşsəydi, onların fikrini öyrənərdi. Düşünürəm ki, hər bir millət vəkili ilk olaraq seçiciləri ilə görüşməli, məsələni müzakirə etməli, sonra isə parlamentin müzakirəsinə çıxarmalıdır. Əminəm ki, heç bir seçici bu təkliflə razılaşmazdı. Onlayn toy edərlər? Düşünmürlər ki, bu millətin 50 faizi toyla dolanır? Bunun qızıl satanı, taksi sürəni, video çəkəni var, şadlıq sarayının işçiləri, musiqiçiləri var və.s. Gündəlik 5-10 manata dolanan adamlardan danışıram. Bir lazımsız təklif çox sayda əhalinin narazılığına səbəb ola bilər. Toylarda qonaqlar 14-16 nəfər yox, masaların arxasında ara məsafəsi gözlənilməklə 6-8 nəfər əyləşə bilərlər. Və ya şadlıq saraylarının qapısında inzibatçılar qonaqları yoxlayıb zala buraxa bilərlər. Millətimizin iki ilə yaxın toy etməməsi həm də insanların artımına zərbədir. 20 ildən sonra əsgər çatışmazlığı ilə üzləşə bilərik. Bütün bunların hamısını nəzərə alıb bu fikrə gəldim. Deputatlarımız sağ olsunlar ki, sonradan xalqın istəyini , ümumi vəziyyətini nəzərə alıb fikirlərinə aydınlıq gətirdilər.

- Toylardan söz düşmüşkən, məclislər hələ bir neçə aydır ki, bərpa olunub. Amma bundan öncə, həmkarlarınız qazanclarını təmin etmək üçün digər ölkələrə, xüsusilə Rusiyaya üz tutdular, hətta daimi yaşamaq fikrində olanlar da oldu. Maraqlıdır, siz də oxşar addım atmaq fikrində oldunuzmu həmin zamanlarda?

- Onlar Rusiyaya çörəklərinin dalınca getdilər. Mən də düşündüm ki, həmin çətin dönəmdən çıxmaq üçün maşınımı satım, ailəmi dolandırım.

- Səhv etmiriksə, iki maşınınız və bir evinizi satışa qoymusunuz...

- Bəli. Ehtiyacım olduğuna görə bu addımı atmalı oldum. Nə yatdım, nə yuxu görəm ki...Adam durduğu yerə maşınını satmaz. Mən 50 il vətənimə, xalqıma xidmət etmişəm, canımı qoymuşam. 1983-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Avropada, 17 xarici dövlətlərdə keçirilən tədbirlərdə, konsertlərdə iştirak etmişəm. 2006-cı ildə Prezidentin sərəncamı ilə Əməkdar artist fəxri adına layiq görülmüşəm.

“Başdaşıma Xalq artisti yazılsın deyə, min dəfə yalvarmalıyam?” – Əməkdar artist Cavanşir Məmmədovla MÜSAHİBƏ
2013-cü ildə Xalq artisti adı üçün Mədəniyyət nazirliyinə, Prezident Aparatına müraciət etmişəm. O vaxtdan bu yana 8 il keçib. Bu yaxınlarda da müraciət etsəm də, məsələyə baxılacağı bildirildi. Mənim yanımda çıxış edənlər, məndən sənətin sirrini öyrənənlər fəxri adlara layiq görülürlər. Lap yaxşı. Mən isə, 16 ildir əməkdar artistəm. Dövlətimizdən ev istəməmişəm, prezident təqaüdü istəməmişəm. Quru addır da. PA-da qəbulda da olmuşam – mənə bildiriblər ki, sizi xalq sevir, qismət olarsa, fəxri ad da alarsan, gözləmək lazımdır. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinskinin adı olmayıb heç. Düzdür, onlar o dövrdə də, bu dövrdə də musiqi tariximizdə yaşayan böyük sənətkarlarımızdan olublar. Ancaq onlara da ölümündən sonra titul verilsəydi, yaxşı olardı. Necə ki, milli qəhrəmanlarımıza verilib – onlar da milli musiqimizin qəhrəmanlarıdır. Digər tərəfdən, onlar çörək qazanıb ailələrini dolandırıblar. Mən isə həm dövlətçiliyimizə, həm xalqıma xidmət etmişəm, həm də kömək etmişəm. Bir xeyriyyəçi kimi də imkan daxilində pandemiya dövründə xalqın yanında olmuşam, indi isə özümüzə kömək lazımdır. Eyni zamanda vergi ödəyicisi kimi rəhmətlik Səməd Səmədovla mən birincilər sırasında olmuşuq. Toy qiymətlərinə gəldikdə isə heç vaxt mənə müraciət edənləri incitməmişəm. 16 nəfərlə , 26 illik duet ortağım, həmkarım, əməkdar artist Firuzə İbadova ilə birlikdə 3 min manata toya getmişəm.

- Amma titullarla bağlı müzakirələr də birmənalı deyil. Zaman-zaman hətta buna ehtiyacınız olmadığı da vurğulanıb.

- Mənim yaşım ötür axı. Nəvəm sabah desə ki, gedirəm babamı yad etməyə, onun 3-5 dostu da ziyarət etmək istəyəcək. Qəbiristanlığa gəldilər, gördülər ki qəbir daşıma "Respublikanın Əməkdar artisti” yazılıb. Mən də elə-belə mahnılar oxumamışam, Üzeyir Hacıbəyovun bəstələrindən tutmuş, müasir bəstəkarlara qədər hamısı. Bəs, nəvəmə deməzlər ki, deyirdin babam böyük sənətkar olub, niyə Xalq artisti adı verməyiblər? Mənim başdaşıma Xalq artisti yazılsın deyə, min dəfə yalvarmalıyam? Zəhmətimə qiymət verilməsini xahiş edirəm. Deyirlər ki, sən konsert verib adam toplamısan?

“Başdaşıma Xalq artisti yazılsın deyə, min dəfə yalvarmalıyam?” – Əməkdar artist Cavanşir Məmmədovla MÜSAHİBƏ
“Başdaşıma Xalq artisti yazılsın deyə, min dəfə yalvarmalıyam?” – Əməkdar artist Cavanşir Məmmədovla MÜSAHİBƏ

Bəli, mənim Şəfa stadionunda, Heydər Əliyev Sarayında konsertlərim olub, Azərbaycanın kəndi-kəsəyi qalmayıb ki, konsertim olmasın. Onların hamısının xərcini cibimdən çəkmişəm. Necə oldu, bir il içində adama iki fəxri ad verildi? Mümkünsüzdü. Yeni mədəniyyət nazirimizi Anar Kərimov çıxışlarından birində qeyd etdi ki, fəxri adı olanlar nazirlikdə canlı ifaları ilə yenidən attestasiyadan keçəcəklər. Nazirimizin bu fikrinə bir çox müğənnilər ciddi şəkildə dəstək oldular və minnətdarlıqlarını bildirdilər. Fonoqramla ifa etmək olar, amma bir-iki mahnı, qalan mahnılar canlı şəkildə olmalıdır. Artıq nazirimizin bu fikrini televiziya kanalları da müsbət qəbul ediblər. Dəvət edəndə əvvəlcədən fonoqramla bərabər canlı ifa da tələb edirlər. Fonoqramla da canlı oxumaq olar, "minusovka”nın üstünə. Fonoqram oxuyan adama Əməkdar artisti, Xalq artisti adı verərlər? Sual verəndə ki, Üzeyir Hacıbəyov neçəndi ildə anadan olub, nə vaxt dünyasını dəyişib, bilmirlər. Qara Qarayevə Cəfər Cabbarlı deyənlər, Asəf Zeynallını tanımayanlar da var. Bəli, belə Əməkdar artistlərimiz olub. Baxın, Şuşa işğaldan azad edildi, dünyada görülməmiş, yüksək səviyyədə festival keçirildi orada. Fəxrəddin Manafov şuşalı idi, niyə yox idi orada? Zöhrə Abdullayeva Şuşa deyə-deyə getdi.

- Atanız İrşad Məmmədov da şuşalıdır. Sizə də dəvət gəlməmişdi?

-Xeyr. Özü də şuşalı olduğumu bilirlər. Qəssab Abışın nəvəsiyəm, babamın evi də dağılmış şəkildə Şuşa türməsinin yanındadır. Şuşa bazarında isə ət dükkanı var idi. Abış kişini Qarabağda tanımayan yoxdur. O, Flora Kərimovanın da babasıdı, mənim də.

“Başdaşıma Xalq artisti yazılsın deyə, min dəfə yalvarmalıyam?” – Əməkdar artist Cavanşir Məmmədovla MÜSAHİBƏ

Ümumiyyətlə sual edirəm, Fikrət Əmirovun bir oğlu var, niyə işsizdir? Niyə onunla bir adam maraqlanmır? Cəmil Əmirov elə-belə musiqiçi deyil, böyük bəstəkarın oğludur. Uzun illər Rafiq Babayevin orkestrında çalışıb. Yaxud, Rəşid Behbudovun qızı Rəşidə Behbudova, o da müğənnidir. Niyə Xalq artisti adı yoxdur? O cür kişinin qızını niyə bir dəfə televiziyalara çağırmırlar. Niyə, hansı səbəbdən küskün olduqlarını soruşmurlar? Elə adamları yaddan çıxarmaq olmaz. Bu da prezidentin işi deyil. Bakı Şəhər Mədəniyyət şöbəsi, nazirlik, müəyyən qurumlar var. Düzdür, işlər çoxdur, amma onların arasında dediyim məsələ də var axı.

“Başdaşıma Xalq artisti yazılsın deyə, min dəfə yalvarmalıyam?” – Əməkdar artist Cavanşir Məmmədovla MÜSAHİBƏ
- Sənətkarların övladlarından söz açdınız. Bəs sizin övladlarınızla bağlı vəziyyət necədir? Bir qızınız və bir oğlunuz var. Onların durumundan razısınızmı?

- Oğlum işləyir. Amma qızım səbəbsiz şəkildə işdən çıxarılıb. Evimizlə 100 metr məsafədə yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışırdı, adi işçi idi – 375 manat maaş alırdı. Ailəsi var, uşağı var. Lakin yeni nazir gələn kimi kiminsə təklifi ilə bir qrup işçi işindən kənarlaşdırıldı. O cümlədən, mənim qızım 5 ildir orada çalışırdı. Onunla bərabər Xan Şuşinskinin nəvəsi də işindən uzaqlaşdırıldı. İki övladım var, ikisinin də iki ali təhsili var, ailəlidirlər. Qızımın çıxarış ərizəsində işə gecikdiyinə görə bu addımın atıldığı qeyd olunub. İşdən azad edilən adama vaxt verirlər ki, özünə iş tapsın. Əvvəla, məsafə uzaq deyil ki, bu adam işə geciksin. Sübut kimi yoxlanış kameralarına da baxa bilərdilər. Həm də əgər müəyyən səbəbdən işə gecikibsə, bir işçinin 5 il ərzində işə 5-10 dəqiqə gecikməsi təəccüb doğurmamalıdır. Ondan izahat alınıb xəbərdarlıq edilə bilərdi. Qızım bu günə qədər işsizdir, onu işinə qaytarsalar da, qaytarmasalar da minnətdaram.

“Başdaşıma Xalq artisti yazılsın deyə, min dəfə yalvarmalıyam?” – Əməkdar artist Cavanşir Məmmədovla MÜSAHİBƏ


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi