Zaur Kamal onu polisə verən Xalq artistindən üzr istədi
Aparıcı Zaur Kamal onu polisə şikayət edən Xalq artisti Könül Xasıyeva barədə danışıb.
Azia.az olay.az-a istinadən xəbər verir ki, bu haqda o, “Həmin Zaur” verilişində söz açıb.
Z.Kamal bildirib ki, onlar aralarında olan məsələni həll ediblər və küsülülük yoxdur:
“Dəfələrlə Könül xanımla bu barədə danışdıq. Bu gün Xalq artistimizlə görüşüb söhbətləşdik. Efirimizdə qonaq olmuşdu, sual məsələsi var idi. Hər şeyə aydınlıq gətirdim, qucaqlaşıb, öpüşdük. Bizim illərdir ana-bala münasibətimiz var. Həmişə onun yanında olmuşam. Üzrxahlıq da etdim. Bu məsələ bitib, başqa don geyindirmək lazım deyil. O bizim canlı əfsanəmizdir”.
Qeyd edək ki, Xasıyeva Zaurun elə həmin verilişdə onun valideynləri haqda söylədiyi fikirləri əsas götürərək bir il sonra aparıcını polisə şikayət etmişdi.