azia.az
azia.az

Mehman Rəşad Dağlının PEÇATINI aldı, Pərviz Bülbülə yıxdı sürüdü - VİDEO

28-11-2022, 14:04


Tanınmış meyxanaçı Pərviz Bülbüllənin müsahibəsi gündəm yaradıb.

AZINFORM/AZ xəbər verir ki, o, verilişlərin birinə verdiyi müsahibədə meyxananın tənəzzülə uğramasının səbəbini köhnə meyxanaçılarda görüb.

Onun "Hər bir şeyə səbəb köhnə meyxanaçılar, gənc meyxanaçıların hec bir günahı yoxdur" deməsinə söz ustası Mehman Əhmədli belə cavab verib:

"Heç kim nə meyxananın işığını söndürdü, nə qapısını bağladı. Meyxana həminki meyxanadır. Sadəcə bizim həmkarlarımız bugünkü gündə yoxdur. İndikilərin əksəriyyətinə gəldikdə, qışqırıb-bağır, böyük-kiçik bilməmək, trendə düşmək üçün deyilən mənasız qafiələr görürük. Onlar meyxanaya xeyirdən çox ziyan vuranlardır. Meyxana gedir tənəzzülə və bunun qarşısını almaq lazımdır. Qoruyub əvvəlki meyxananı bərpa etmək lazimdır".

Qeyd edək ki, söz ustası Mehman Əhmədli meyxananın möhürünə layiq görülüb.

Daha ətraflı aşağıdakı videodan izləyə bilərsiniz:



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi