azia.az
azia.az

Azərbaycanlı müğənni: "Ayda 15 min xərcim çıxır..."

12-11-2022, 15:58


"Kliplərimiz, mahnılarımız, geyimlərimiz var, hər gün gözəllik salonlarına gedirik. Ona görə xərclərimiz çox olur. Ayda 15 min xərcləyirəm".

Azia.az  xəbər verir ki, bu sözləri "MTV maqazin" verilişində müğənni Vəfa Şərifova deyib.

O , illərdir qalmaqal yaşadığı Şəbnəm Tovuzlu ilə münasibətindən də danışıb: "Aramızda elə böyük problemlər olmayıb. Söz-söhbət hamının gözünün önündə yaşanıb. Dedilər ki, sənin arxanca filan sözləri danışdı. Elə şeylər var ki, onları bağışlamaq olmur".

Vəfa Şərifova həmkarının qızının toy mərasiminə getməsindən də söz açıb: "Biz heç vaxt rəfiqə olmamışıq. Sadəcə müğənni kimi toy məclislərində görüşmüşük. Toy mərasiminə dəvət etmişdi, oraya gedə bilmədiyimə görə bir dəfə evinə övladını görməyə getmişdim. Qızının toyun gedib- getməyəcəyimi bilmirəm, amma mütləq hədiyyəmi göndərəcəm".




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi