"Hər kəslə vidalaşmaq qərarına gəlmişəm”.
Azia.az xəbər verir ki, bu sözləri xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva ATV telekanalında yayımlanan "Bizimləsən” verilişində deyib. O vaxtının çox az qaldığını və buna görə də hər kəslə vidalaşmaq qərarına gəldiyini bildirib:
"Çox az vaxt qalıb. Mən belə güman edirəm. Bunu həkimlər deməyib. Özüm araşdırdım ki, kəllə-beyin xərçəngi olan 6 ay yaşayır”, - o söyləyib.