azia.az
azia.az

"Xərçəng bütün bədənimə yayılıb" - Toppuş bacı

4-07-2022, 08:33

"Xərçəng bütün bədənimə yayılıb" - Toppuş bacı
Xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva hər həftə kimyaterapiya alır. Bildirilir ki, bu barədə "Toppuş bacı” instaqramda canlı yayımda deyib. Aktrisa bildirib ki, şiş bütün bədəninə yayılıb.
"Beş ildir xərçəngdən müalicə alıram. 50-yə yaxın kimyaterapiya almışam. İndi hər həftə kimyaterapiyaya gedirəm. Sağalıb, sağalmayacağımın ehtimalını bilmirəm.

Kimyaterapiya həddən artıq çox alıram. Dərəcəsi də yüksəkdir. Anlayıram ki, Allah nə yazıbsa, o da olacaq. Allahımdan yalnız bir balaca möhlət istəyirəm. Başqa heç nə. Kimya limfaya, böyrək damarıma, ağciyərimə, sümüklərimə, qaraciyərimə, ümumiyyətlə, bütün bədənimə yayılıb”, – deyə aktrisa qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi