Nura Suridən TƏNQİD - "Radiolarda ancaq danışırlar" - VİDEO
“Səhər evdən çıxırsan, maşında istəyirsən ki, mahnıya qulaq asasan. Amma radioda danışırlar. Qız, oğlan, efirə zəng vuran - hər kəs danışır. Nə qədər danışmaq olar?".
Azia.az xəbər verir ki, bu sözləri Nura Suri sosial şəbəkə hesabında paylaşdığı videoda deyib.
Sənətçi radiolarımızda musiqidən çox söhbətlərin yer almasına qəzəblənib:
"Efirə gedirsən, vəziyyət eynidir. Boş-boş danışmaqlar… Normal bir şeyi müzakirə edin. Bu nədir? Radioda mahnıya qulaq asarlar. Tıxacda oturursan, söhbətə qulaq asırsan”.
Qeyd edək ki, bir müddət əvvəl aparıcı Aytən Səfərova da yerli dalğaları bu mövzuda tənqid etmişdir.
Bizim.Media