Xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyevanın ("Toppuş bacı") vəziyyəti ağırlaşıb.Bu barədə Qaynarinfo-ya açıqlamasında aktrisa Ülviyyə Əliyeva deyib.
O bildirib ki, şiş artıq onun beyninə yayılıb: "Hazırda kimyaterapiya olunur. Sağ olsun Milli Onkologiya Mərkəzinin rəhbərliyi, onu 5 ildir pulsuz müalicə edir, yaşadır. Amma artıq şiş beyninə yayılıb".
Ülviyyə Əliyeva deyib ki, Tünzalə Əliyevanın xarici ölkələrin birində müalicəyə ehtiyacı var: "Xaricdə müalicə çox bahadır, Tünzalənin buna imkanı yoxdur. Ona görə də evini satışa çıxardıb. Xalqımızın gözəl imkanlı şəxsləri ona dəstək olsa, evi də satılmaz”.