Toyu idarə etmək üçün Zaur Baxşəliyevə 50 MİN AZN VERİBLƏR - VİDEO
Aparıcı Zaur Baxşəliyev yeni aşıqlaması ilə diqqət çəkib.
Azia.az xəbər verir ki, o aparıcısı olduğu "Zaurla Günaydın" proqramında həyat yoldaşı Günayla toylardan birinin aparıcılığını etdiyini deyib.
Baxşəliyev toy üçün aldığı qonararı da açıqlayıb. Aparıcı verilişlərindən vaxt tapmadığı üçün əvvəl toyu idarə etmək təklifini geri çevirib. Uzun təkiddən sonra Zaur onlardan 50 min AZN qonarar istəyib.
Düşünüb ki, bu qədər pul istəsə bəlkə toy sahibləri onu çağırmaq fikrindən daşınar. Bu zaman onu toya dəvət edən şəxs Zaurdan behi nə vaxt göndərə biləcəyini soruşub.
Beləliklə o həyat yoldaşı Günayla həmin toyu iadrə etməyə razı olublar.