azia.az
azia.az

"İctimai TV" bu serialın yayımı üçün məşhur aktrisaya 114 min ödəyəcək

27-10-2022, 12:21


İctimai Televiziya və Radio Yayımları Şirkəti ("İctimai TV”) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, "İctimai TV”nin keçirdiyi tender müsabiqəsinin qalibi "SFN Production” MMC (VÖEN - 1306962721) olub.

Qeyd edək ki, "İctimai TV” "Simurq" serialının 12 seriyasınımn yayımlanma hüququ üçün "SFN Production” MMC-yə 114 000 manat (hər seriya üçün 9 500 manat) ödəyəcək.


Məlumat üçün bildirək ki, "SFN Production” MMC 13.01.2021-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı, ev 99C-də yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi tanınmış aktrisa Sevinc Əliyevadır.

Onu da qeyd edək ki, "Simurq" serialının "İctimai TV"dəki yayımı ötən ilin oktyabr ayında başa çatıb. Dövlət Satınalmalar Portalında yerləşdirilən məlumatda isə qeyd olunur ki, tender müsabiqəsinin icrası bu ilin iyun ayında başlayıb, gələn ilin iyun ayında başa çatacaq.



Onu da bildirək ki, aktrisa Sevinc Əliyevanın rəhbərlik etdiyi "SFN Production” MMC-nin dövlət büdcəsinə vaxtında ödənilməyən vergi borcu var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi