Əməkdar artist Rafel İskəndərovun paylaşımı izləyiciləri kövrəldib.
Sənətçi “Bizim Cəbiş müəllim” və “Məhəllə” filmlərinin çəkildiyi həyətə yollanaraq, həmin anları instaqramda paylaşıb.
“Heç vaxt ağlıma gəlməzdi ki, uşaq vaxtı sevə-sevə baxdığım “Bizim Cəbiş müəllim” filmi çəkilən həyətlə bağlı mənim özümün də xatirələrim olar. Çünki “Məhəllə” filmi də bu həyətdə çəkilib… Bu Qüdrətin çıxıb-düşdüyü pilləkəndir, ora Dilarənin çağırdığı eyvandır, burada Tofiqin evi idi… Zarafat-zarafat, gələn il bu filmin 20 yaşı tamam olur”, - deyə, aktyor qeyd edib.