azia.az
azia.az

Rəqsanədən Aysunla bağlı qalmaqala REAKSİYA

18-10-2022, 11:33


Bir neçə gündür müğənni Rəqsanə İsmayılova, həyat yoldaşı Fazil Əmiraslanov və aparıcı Sərxan Kərəmoğlu arasında qalmaqal səngimək bilmir. 

Azia.az xəbər verir ki, bu dəfə Rəqsanə sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Hesabında öz şəklini paylaşan müğənni "Övladımın ayağına dəyən daş, mənim ürəyimi ağrıdır" sözlərini yazıb.

Qeyd edək ki, qalmaqala səbəb Sərxanın Rəqsanənin qızı Aysun İsmayılovanın toyunu oyun adlandırması olub. Bundan sonra sənətçinin həyat yoldaşı Fazil Əmiraslanov Sərxanı hədələyib, ona qeyri-etik ifadələrin yer aldığı səsyazıları göndərib. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi