Gəncədə sahibkar dələduzların toruna düşdü-Məmmədovların inanılmaz saxtakarlığı-İDDİA
Redaksiyaya Gəncə şəhəri, Bayan küçəsi 127 A –da yaşayan Hüseynov Sərxan Səlayan oğlu tərəfindən şikayət ünvanlanıb. Şikayətçi Sərxan hüseynov bildirir ki, 2002-ci ildə Gəncə şəhərinin mərkəzində Atatürk prospektində yerləşən 249 saylı binanın zirzəmisini qanuni olaraq dövlətdən almış və şəxsi mülkünə çevirmişdir. Zirzəmini fəaliyyət vəziyyətinə gətirmək üçün təmir işlərinə başlayır. Çox keçmir ki, elə həmin ünvanda yaşayan Məmmədovlar ailəsi ilə tanış olur. Məmmədovların baş bilən xanımı Məleykə Məmmədova Sərxanın ustalarına çaydan, sudan gətirməyə başlayır. Verilən məlumata görə, dələduz ailə özünü mələk cilidinə salaraq Sərxanın könlünə girə bilir. Və bunların münasibəti getdikcə daha da səmimiləşməyə başlayır.
Bu ailə demək olar ki, tam olaraq Sərxanın qəlbinə yol tapa bilir.
Hiyləgər ailə Sərxanın öz pulu ilə onun ustalara aldığı ərzaqı bişirərək fəhlələrin gündəlik yeməyini verir. Hətta Sərxan bu ailəyə o qədər güvənir ki, Zirzəmidəki tikintinin nəzarətini də bu ailəyə həvalə edir.
Məleykə Məmmədova yaxşı bilirdi ki, Sərxan apardığı təmiri “Rabitə” bankdakı tanışının əli ilə aldığı kreditlə aparır.
Və onu da bilirdilər ki, Sərxan böyük ailə sahibi olan atası Hüseynov Səlyan Məhəmməd oğlunun mülkünü “Rabitə” banka girov qoyub götürdüyü pulun müqabilində iş görür.
O, bu məlumatı müxtəlif yollarla Sərxandan öyrənə bilmişdi. Təmir yekunlaşmağa az qalmış, Sərxanın səmimiyyətindən və etibarından sui-istifadə edərək ona deyir ki, bizə də şəhərin mərkəzindəki çörək dükanını böyütmək üçün pul lazımdır.
Ticarətimizi genişləndirib Gəncə şəhərinin mərkəzində daha çox gəlir əldə edəcəyik kimi yağlı vədlərlə Sərxanı inandıra bilir və hiyləsini işə salır. Bunların məqsədi dostluq əlaqələri qurub qarşı tərəfi tora salıb külli miqdarda gəlir əldə etmək idi. Əslində onlar bu işin peşəkarı olduqları üçün bunu yaxşı bacarırdılar. Öz çirkin niyyətlərini həyata keçirmək məqsədi ilə plan cızdılar.
Məleykə Məmmədova hiyləgər planını həyata geçirmək üçün Sərxanın etibarından sui-istifadə etmək məqsədi ilə deyir ki, bizə də pul lazımdır. Biz də girov qoyub bu bankdan pul götürək. Və bizə bu işdə köməklik et. Sərxan bunlara inanıb razılaşır və üz tutur banka. Bankda tanışına bildirir ki, mənim ən yaxın ailə dostlarım girov qoyaraq pul götürmək istəyirlər. Sərxan bunun razılığını almağa müvəffəq olur. Şikayətçi bildirir ki, bu şeytan ailənin dostluğuna inanaraq, zirzəmidəki işlərin tamamlanmasına az qalmış bunlara tam inandığından bu ailənin bütün təkliflərinə bir söz demədən razılıq verirdim.
Elə bu inamım da bunların başıma gətirəcəyi bu oyuna vəsilə oldu. Onlar bildirirlər ki, bizim girov qoyub sığortaya və digər işləmlərə əlavə pulları verməyə gücümüz çatmayacaq. Yəni ipateka arayışlarına notariat kontorunda çox pul çıxacaq. Bu da bizim gələcəkdə genişləndirəcəyimiz ticarətə kifayət etməyəcək. Bu baxımdan bizə lazım olan pulu sənin girovlarının üzərindən həyata keçirməyimiz daha məqsədə uyğundur. Sərxan da bunlara inanır, onlar Sərxanın səmimiyyətindən istifadə edərək onu razı sala bilirlər. Sərxan atasının və özünün mülkünü yenidən girov qoyaraq “Rabitə” bankdan 110000(yüz on min) min manat pulu götürüb bunlara verir. İşin üstündən bir müddət keçir bunlar krediti ödəmirlər. Sərxan dəfələrlə bunlara xəbərdarlıq edir, lakin bir nəticəsi olmur. Bir neçə vaxtdan sonra 27000 min manatı ala bilir. Bank Sərxana pulu ödəməsə məhkəməıyə verəcəyini bildirir. Sərxan yenə də bunlara pulu qaytarmasını tələb edir. Yenə də bunlar ümumi puldan13000 min manat da qaytarır, geri qalan məbləği vermir. Saərxan bütün cəhdlərinə rəğmən 110000 min manat banka veriləsi puldan cəmisi 40000 min manatını qaytarmağa müvəffəq olur. Nəhayət bank Sərxan Hüseynovu məhkəməyə verərək girovluqda olan mülklərini əlindən alır.
Bu da azmış kimi Məmmədova Məleykə yenidən Sərxanı aldadaraq ona bildirir ki, gəl sənin girovda olan mülkünün üstündə “vitrinaj” yaradaq və ticarətimizi genişləndirib banka olan borcları da yavaş-yavaş ödəyək. Onlar gizlin yollarla Sərxanın əlindən ona məxsus mülkləri saxta sənəd düzəldərək əlindən almaq istəyirmişlər ki, Sərxan bunları gec də olsa başa düşür. Ədalət məhkəməsi bunların qarşısını ala bilir.
Sərxan Hüseynov bildirir ki, Məmmədovların belə çirkin niyyətləri 5-6 ailənin mülklərinin əllərindən alınması ilə nəticələnib. Amma məhkəmə yolu ilə Sərxan Hüseynov öz mülkünün özünə qaytarılmasına nail ola bilib. Sərxan Hüseynov aldadılaraq mülkləri bu ailə tərəfindən alınan insanların mülklərinin sənədlərini də redaksiyaya təqdim edib.
Şikayətçi Sərxan Hüseynov bildirir ki, Məmmədova Məleykə Xidir qızı Gəncə şəhəridə 30 ildir ki, insanları aldadaraq, böyük həcmli sələm verməklə, vətəndaşların qızıl ziynət əşyalarını, habelə mülklərini əllərindən almağa nail olmuşdur. Bu niyyətlə müxtəlif ailələrə məxsus 12 ədəd mülk almağa müvəffəq olmuşdur.
P.S. Məmmədov Mirbaba Əli oğlunun körpə bir qız uşağın başına gətirdiyi oyunlardan isə bizi izləməklə xəbət tuta biləcəksiniz
“Azia.az” saytının araşdırma qrupu