azia.az
azia.az

Orxan Lökbatanlıdan toya pul salmamısan deyən Zaura reaksiya

16-10-2022, 19:03


Meyxanaçı Orxan Lökbatanlı bir neçə gün əvvəl həmkarı Rəşad Dağlının oğlu Yusifin kiçik toyunda iştirak etsə də, pul salmadığı üzə çıxıb.

Azia.az bizim media-ya istinadla xəbər verir ki, bu barədə sənətçi qonaq olduği "Həmin Zaur" axşam şousunda deyib.

Verilişin aparıcısı Zaur Kamalın "Rəşad Dağlının oğlunun kiçik toyundan iştirak edib, yeyib-içmisən, amma yadından çıxıb pul salmayıb məclisi tərk etmisən" sözlərinə söz xiridarı gülərək belə cavab verib:

"Rəşadının oğlu Yusifin kiçik toyundan bir əmisi kimi heç bir dəqiqə belə oturmamışam. Yeməyi də ayaq üstə, gəzə-gəzə yemişəm. O ki qaldı, toya pul salmamağıma, 3-dən 5-dən salmışam. İnanmırsansa, zəng vur Rəşadın özündən soruş. Elə şey olar ki, toya gəlim, pul salmayım".

Lakin Z.Kamal O.Lökbatanlının sözlərinə inanmadığı və onun həqiqətən də toya pul salmadığını bildirərək, yalan danışdığını vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi