azia.az
azia.az

Flora Kərimova Afət Fərmanqızını BİABIR ETDİ

12-09-2022, 16:48

Flora Kərimova Afət Fərmanqızını BİABIR ETDİ
Xalq artisti Flora Kərimova və müğənni Afət Fərmanqızı arasındakı qalmaqal daha da böyüyür.

7Times.az xəbər verir ki, Xalq artisti “Instagram” hesabında Fərmanqızı haqqında paylaşım edib.

Paylaşımda qeyd edib ki, cinayət işi məhkəmədədir və müğənni polisin axtarışındadır:

“İndiyə kimi başa düşmədin ki, niyə iki il sükutdan sonra məhkəməyə verildin? Sən yox, amma sənin vəkilin olmuş Ramil Rustəmov sənə bunun səbəbini izah etməli idi.

Afət, indən belə ən azı iki il sonra səni nə gözlədiyini, nə edəcəyini, kitabın harada bağlanacağını bilirəm. Sən isə iki il önçə dediyin sözləri unudacaq qədər bəsitsən. Gələn il bu vaxt bu gününə şükür edəcəksən.

Səni canlı efirinə qoşub məşuq şəcərəsini sadalayan, tutulduğuna görə daxili işlər nazirini sözün eşidilirmiş kimi sırıyıb təşəkkür edib məhkəmədə üzünə durduğuna “blogger“ deyirsən? Sənə çörək verəni öz canlında söyüb günahlandırırdın ki, “bizləri pul verib xaricdə yaşayanlara söydürür”. Ardından sənin sözlərinin eynisini iki il sonra təkrar edən, yaşadığım küçədən başqa bir sözü düz olmayan birinə də “adı məlum olan kişi” deyirsən?! Bacardığın qədər paylaş o videoları. Yalanı elə uydurun ki, inandırıcı olsun.

Gülməli və yazıqsan! Bilmədən yazıq o zaman oldun ki, fürsət bilib adımdan özünə ad düşündün. Məni sənə heç yaxşı tanıtmayıblar.

Bir “yalvarışını” cavabsız qoymayacağam. Dedin, “qorxmursa, versin məhkəməyə”, cinayət işin icraatdadır, polisin axtarışındasan! Dedin, “başqa rayon məhkəməsinə gələrəm, Binəqədidəki qurmadır”, mülkü işin Nərimanov rayon Məhkəməsində ekspertizadadır. Övladıma və mənə atdığın son yalan, böhtanlarına görə ikinci cinayət işin də mübarək olsun! Sürgün həyatının qışı qabaqdadır. Anketində boş yer qalmayan yaşadığın “həyat”ı sənə elə orada başa salacağam.

290-cı mənzilin qapısını bərk bağla, qonaqların tezliklə döyəcək, mənim gəlməyimə ehtiyac qalmayacaq. Təəssüf ki, nə sən daim açıq qalan qapının arasında qalan “quyruqlarını”, nə də Nənəcanov buradan Ufaya qədər arxasınca sürünən “buynuzları” görmür! Bu yazını da arvad müsahibəsinə müdaxilə edən “oliqarx ərinə” oxudarsan. Nə demək istədiyimi başa düşərsə, səni özü tez bir zamanda “qazel”lə Bakıya yola salacaq!

Bu arada sənin Azərbaycana gəlməyin bu gedişlə “bəbəş” Nənəcanova “papa” deyəndə olacaq. Binəqədi rayon Polis İdarəsinin əməliyyat-axtarış şöbəsinin rəisi sənin – cinayətkarın yaxalanması üçün axtarışını davam edir. Sənədi də sənin üçün yerləşdirdim ki, arxayın yat!”

Xatırladaq ki, Flora Kərimovanın Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı Binəqədi Rayon Məhkəməsində araşdırma aparılır. Həmin işdə Afət Fərmanqızı məhkəməyə gəlmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandılıb və onun barəsində həbssiz axtarış elan olunub.

Qeyd edək ki, xüsusi ittihamçı Afət Fərmanqızının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham edir.


Flora Kərimova Afət Fərmanqızını BİABIR ETDİ
Flora Kərimova Afət Fərmanqızını BİABIR ETDİ


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi