azia.az
azia.az

Flora Kərimova və müğənni Afət Fərmanqızı arasındakı məhkəmə təxirə salındı-SƏBƏBİ...

30-04-2022, 07:58


Xəbər verilir ki, Binəqədi Rayon Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə ifaçının vəkili məhkəməyə onun 10 həftəlik hamilə olduğu barədə sənəd göndərib.
Flora Kərimova və müğənni Afət Fərmanqızı arasındakı məhkəmə təxirə salındı-SƏBƏBİ...
Bu səbəbdən məhkəmə təxirə salınıb.

Məhkəmənin növbəti iclası mayın 6-na təyin edilib.

Verdiyi açıqlamada Afət Fərmanqızı hamilə olduğunu təsdiqləyib:

“Bəli, 10 həftəlik hamiləyəm. Ürəkbulanmam olduğu üçün məhkəmə prosesində iştirak edə bilmədim”.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi