azia.az
azia.az

Elşən Xəzər müzakirəyə səbəb olan qırmızı daşlı üzükdən danışdı: “İstəyirdim, sındıram”

6-09-2022, 18:40

Elşən Xəzər müzakirəyə səbəb olan qırmızı daşlı üzükdən danışdı: “İstəyirdim, sındıram”
Meyxanaçı Elşən Xəzər “Tanrının möcüzəsi” adlandırdığı və suya salarkən işıq saçan qırmızı daşlı üzüklə bağlı sosial şəbəkələrdə yaranan müzakirələrə aydınlıq gətirib.



Meyxanaçı Pravda.az-a açıqlamasında bildirib ki, üzük onun özünə yox, dostuna aiddir.



“Üzük satan dostumuz var, belə maraqlı daşları olan üzüklərlə məşğuldur. Həmin üzük də onundur, mənim deyil. Hamı kimi biz də görəndə təəccübləndik. Üzüyün hər tərəfini yoxladıq. Fənərlə üzüyün daşının üstünə tutub baxdıq ki, içini görək, heç nə görmədik. Paylaşdığımız videonun altında bir nəfər daşın elmi adını yazmışdı. İndi yadımda deyil. Hansısa adanın sahilində olan bir daşdır. Bizə də çox maraqlı, qeyri-adi gəldi. Sonra dedilər ki, bu üzüyün patenti də var. Var, var da. İndi çox şeyin həm orijinalı, həm patenti var. Burda nə var ki? Gərək nəyinsə orijinalı ola ki, patenti də olsun. Allaha şükür, bizi də tanıyan insanlar bilirlər. Axı nəyimizə lazımdır? O üzüyü biz satmırıq, xeyiri, ziyanı mənim deyil. Sadəcə, maraqlı gəldiyi üçün paylaşdıq ki, camaatımız belə bir şey olduğunu görsün. Biri dedi yalandır, bir dedi patenti var, “kitayski” üzükdür. Öz fikirləridir, insanların fikrinə müdaxilə etməyəcəyəm. Hər nə olur, olsun. Biz onu düz bilmişik. İndi də düz bilirəm. Çünki üzüyə baxdıq, bizim də az-çox başımız çıxır. Ola bilər, patenti olsun, amma mənim əlimdəkinin içində lampa yox idi. Uşaq deyilik, 5 yaşımız yoxdur ki, kimisə aldadaq. Bizə yalan yaraşmaz. Əlimizdəki lap patent olub, bilməmişik, yaxşı, o da olsun. Bizim təqsirimizdir ki, bilməmişik. Əlimdəki orijinal da olubsa, lap yaxşı. Olub, olub da. Burda şişirdiləsi bir şey yoxdur”, - o qeyd edib.



E.Xəzər üzüyün qiymətinin 25 min dollar olması ilə bağlı yayılan fikirlərə də münasibət bildirib: “Dostumdan soruşdum ki, qardaş, bu üzüyü neçəyə satacaqsan? O da güldü, dedi ki, 25 min dollara. Dedim Allah bazarınızı, xeyrinizi versin”.



Meyxanaçı öz “İnstaqram” səhifəsində üzüyü sındıracağı ilə bağlı yazdığı fikirlərə də aydınlıq gətirib: “Sındırmağımıza razı olmadılar. Çünki mənim üzüyüm deyildi. İstəyirdim ki, sındıram. Sonra dedilər ki, bu boyda qiymətli şeydir, niyə sındırırsınız? Lap sındırsanız, orijinal çıxsa, kim gətirib pulunu verəcək? Ona görə də məsələ belə də qaldı, sındırmadıq. Mənim özümün olsa, Allaha xatir keçərdim. O da alınmadı. Başqa adamın idi”.



Meyxanaçı əməliyyat olunması ilə bağlı yayılan xəbərlərin də doğru olduğunu təsdiqləyib: “Böyrəyimlə bağlı idi. Bütün xəstələrə Allah şəfa versin. Yavaş-yavaş düzəlirəm, Allaha şükür”.



O, eyni zamanda bəzən müsahibələrində fikirlərinin təhrif olunmasından da gileylənib: “Adam bu dəqiqə bir söz danışmağa qorxur, nəsə deyirsən, onu haldan-hala salır, götürüb dəyişirlər, təhrif edirlər. Allah şahiddir ki, bizim qəlbimizdə nə idi, necə demişik...”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi