Van Dammın oğlunun Bakıdakı görüntüləri maraqla qarşılandı - VİDEO
Azərbaycanlı pianoçu Suada Hacızadə ilə evlənən Hollivud aktyoru Jan-Klod Van Dammın oğlu Kris Van Damm Bakıya gəlib.
Sfera.az xəbər verir ki, cütlük paytaxtdakı məkanların birində dostları ilə səhər yeməyi yeyib.
Suada çəkiliş apararkən isə azan səslənib.
Suada Krisdən Azərbaycan mətbəxini bəyənib-bəyənmədiyini soruşub. “Yox, bəyənmədim, sevdim”, - deyə Kris cavab verib.
Onların bu görüntüləri maraqla qarşılanıb.
Qeyd edək ki, Kris Van Damm və Suada Hacızadənin nikah mərasimi iyunun 16-da Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda olub.