Van Damm palkovnik qudası ilə “Ləzginka” oynadı — VİDEO
Sosial şəbəkələrdə dünyaca məşhur kino ulduzu Jan Klod Van Dammın maraqlı rəqsi yayılıb. Azia.az-ın xəbərinə görə, Van Damm bu dəfə azərbaycanlı qudası Elxan Hacızadə ilə birgə “Ləzginka” rəqsinə oynayırlar. Həmin görüntüləri təqdim edirik:
Xatırladaq ki, tanınmış aktyor Jan Klod Van Dammın oğlu aktyor Kristofer Van Damm azərbaycanlı gənc pianoçu Suada Hacızadə ilə ailə həyatı qurub. Onun qudası Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadədir.