azia.az
azia.az

Xoşqədəm Hidayətqızıdan ŞOK AÇIQLAMALAR: Kişi olsaydım, gündə birini... - VİDEO

23-08-2022, 15:50

Xoşqədəm Hidayətqızıdan ŞOK AÇIQLAMALAR: Kişi olsaydım, gündə birini... - VİDEO
Aparıcı Xoşqədəm Hidayətqızı müzakirələrə səbəb olacaq açıqlaması ilə gündəm olub.
Azia.az AZSABAH.COM-a istinadən xəbər verir ki, atasına və anasına çox dəyər verən Hidayətqızı "Yaxşı ki, kişi olmamışam, yoxsa gündə birini boşayardım. Atama bir söz desə, onu küçəyə atardım" sözlərini söyləyib:

"Əgər bir oğul həyat yoldaşına onu doqquz ay bətnində gəzdirən qadını döyməsinə ixtiyar veribsə, mən o oğlanın yerinə olsam, boşayaram. Yaxşı ki, kişi olmamışam, yoxsa gündə birini boşayardım. Anama, atama bir söz desə, onu atacaqdım küçəyə aliment də verməyəcəkdim. Nə ondan olan uşağı qəbul edəcəkdim, nə də onun özünü. Bir manat belə verməzdim, acından ölsün".

Aparıcının "Səni axtarıram" verilişindəki bu açıqlaması böyük təəccübə səbəb olub.

Sözügedən görüntülər izləyici kütləsi böyük olan onlayn platformalarda paylaşılaraq müzakirələr yaradıb.

My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi